Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                 

ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ
Tarix: 30-01-2012, 16:58 | Çap et
ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ

“NİZAMNAMƏ DƏYİŞSİN, DƏYİŞMƏSİN” DARTIŞMASI YEKUNLAŞMALIDIR”

Məhbus müsavatçı Arif Hacılı həbsxanadan partiyadaşlarına müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, Müsavatın qurultayına qalan vaxt azaldıqca başqan seçkisi ilə bağlı müzakirələr intensivləşir: “Müsavatçılar üçün bir sınaq olacaq bu qurultaya ictimai maraq təbiidir. Görürəm ki, bu müzakirələrdə hələlik daha çox iqtidar nümayəndələri, bizə opponentlik edən siyasi qüvvələrin təmsilçiləri və sabiq müsavatçılar iştirak edirlər. Müsavat Partiyasını quran, gücləndirən, uğurlarını təmin edib çətinliklərinə və əzablarına qatlaşan, partiyanın resurslarını yaradan sizlərin iddiasız olaraq təvazökarlıqla susması və ya fikirlərinizi ifadə etməyə tribuna tapmamağınız partiyanın çağdaş durumu və gələcəyi barədə həm yanlış, həm də ziyanlı təəssürat yaradır.

Qurultaydan sonra Müsavatın zəifləyəcəyini, dağılacağını deyənlər, belə fikirləri tirajlayanlar Müsavat Partiyasına ən azı dost münasibətdə deyil. Səmimi olaraq belə düşündükləri üçün bu fikirləri yayanlarsa yanılır və təkcə yanılmır, həm də Müsavata ziyan vurur. Hesab edirəm ki, dostlarımız nəinki belə fikirlər səsləndirməməli, həm də opponentlərin bu istiqamətdə təbliğatının qarşısını almağa çalışmalıdırlar.

Nizamnamədə dəyişiklik olsa da, olmasa da, İsa bəy başqanlıqdan getsə də, getməsə də, Müsavat zəifləməyəcək, dağılmayacaq. Çünki Müsavat müsavatçılığın müqəddəs prinsipləri əsasında yaradılıb, bu partiyanı sağlam təməl üzərində dövlətimiz və millətimiz üçün həyati vacib olan hədəflərə çatmaq naminə bərpa etmişik, ölkənin əsas siyasi qüvvəsinə çevirmişik və istənilən halda yaxın zamanlarda iqtidara daşıyacağıq!

Sizinlə təmas imkanlarım olmadığı üçün bəzi fikirlərimi bu məktub vasitəsi ilə çatdırmaq istəyirəm. İsa bəy razılaşarsa, nizamnamənin dəyişdirilməsinə və ya hansısa bir yolla onun başqanlıqda qalmasına mən də razıyam. Nizamnamə dəyişilməyəcəksə, başqanlığa namizədliyimi irəli sürməyərək İsa bəy kimi partiyanın sıravi üzvü olaraq qala da bilərəm.

Zamanında hakimiyyətdə olan AXC Ali Məclisinin sədri vəzifəsini Müsavat Partiyasının bərpa edilməsi işində İsa Qəmbərlə və digər dostlarımızla birlikdə olmaq üçün Müsavat bərpa mərkəzində sıravi üzvlüyə dəyişmişəm. Bilirəm ki, siyasətçinin gücünü, təsir imkanlarını yalnız onun hər hansı partiyada tutduğu vəzifə müəyyən etmir.

Bunlar həlledici məsələ deyil. Həlledici məsələ partiyada monolitliyi, partiya üzvləri arasında birliyi qoruyub saxlamaq, partiyanı daha çevik və səmərəli fəaliyyət göstərən, daha güclü təşkilata çevirməkdir. Müsavat Partiyası başqanlığına namizədliyimi bunu partiya və cəmiyyət üçün həyati zəruri hesab etdiyim təqdirdə irəli sürmək niyyətindəyəm. İstərdim ki, bu fikirlərimi açıq qapını sındırmaq istəyənlərə çatdırasınız. Çünki indi mənim belə imkanlarım yoxdur.

Məncə, on ilə yaxın davam edən “nizamnamə dəyişsin, dəyişməsin” dartışması, nəhayət, yekunlaşmalıdır. Müsavatın taleyinin guya bu qərardan asılı olduğu haqda ziyanlı təbliğata son qoyulmalıdır.

Bu mövzunu başqa məqsədlərini pərdələmək, üz-üzə qoyulması mümkün olmayan adamları üz-üzı qoymaq, partiyaiçi qarşıdurma yaratmaq üçün qabardanlar kifayət qədərdir. Buna əmin olmaq üçün iqtidar və bizə dost olmayan mətbuat orqanlarında yer alan açıqlamaları oxumaq kifayətdir.

İndiki qeyri-müəyyən vəziyyət davam etdikcə Müsavata çirkin əllərin və çirkin dillərin uzanması davam edəcək. Daxili məsələlərə həddən artıq vaxt sərf edilməsini hədərə gedən zaman, boşa xərclənən enerji hesab edirəm. İsa Qəmbər həm də bu amilləri nəzərə alaraq partiya qurultayını vaxtından əvvəl, hələ 2009-cu ildə keçirməyi təklif edirdi.

Müsavat Partiyasının bu günü və gələcəyi üçün məsuliyyət daşıyan adamlardan biri kimi Azərbaycan cəmiyyətinin ciddi dəyişikliklər ərəfəsində olduğunu, xalqın bizdən cəmiyyətdə inqilabi dəyişikliklər prosesinə başçılıq edəcəyimizi gözlədiyini nəzərə alaraq, ləngimədən lazımi qərarları qəbul etməyinizi xahiş edirəm.

Sizi bir daha əmin edirəm ki, Azərbaycan dövlətinin mənafelərini naminə mübarizəni istər meydanda, istərsə də həbsxanada, istər partiya başqanı olaraq, istərsə də sıra nəfəri kimi davam etdirəcəyəm”.

Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir.

Hazırda Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayır. Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Arif Hacılı 2003-2005-ci illərdə də həbsdə olub.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Bu gün, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Bu gün, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Bu gün, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Bu gün, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Bu gün, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Bu gün, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Bu gün, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Bu gün, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Bu gün, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Bu gün, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Bu gün, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Bu gün, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Bu gün, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Bu gün, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Bu gün, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Bu gün, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru