“TƏHLÜKƏLİ ƏRAZİLƏRDƏ TİKİLƏN MƏNZİLLƏR SÖKÜLMƏLİDİR”
Tarix: 30-01-2012, 15:14 |
Çap et
SƏFA MİRZƏYEV DƏ SƏNƏDSİZ EVLƏRDƏN DANIŞDI
“Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Milli Məclisə heç bir sənəd daxil olmayıb”. Modern.az saytı xəbətr verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
S.Mirzəyev bildirib ki, vaxtilə müəyyən yerlərdə belə icazəsiz mənzillər tikilib. Aparat rəhbərinin fikrincə, əgər vətəndaş gerçəkdən digərinin mülki hüquqlarına toxunmayıb təhlükəsiz yerdə özünün həyat şəraitini yaxşılaşdırmaq üçün hər hansı bir mənzil tikirsə, hər halda buna icazə vemək lazımdı:
“Amma təhlükəli ərazilərdə mənzillərin tikilməsi yolverilməzdir. Söhbət qaz və neft kəmərləri və yükəsk gərginlikli elektirik xətlərinə yaxın ərazilərdən söhbət gedir. Bu məsələlərlə bağlı artıq ölçü götürülməlidir”.