İSRAİL SƏFİRİ AZƏRBAYCANI ÖYDÜ
Tarix: 30-01-2012, 10:53 |
Çap et
“BİZ ÖZÜMÜZÜ BURADA RAHAT HİSS EDİRİK”
Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən xarici vətəndaşlara qarşı yönəlmiş sui-qəsdin üstünün açılması ilə bağlı son hadisələr göstərdi ki, Azərbaycan hökuməti bu ölkədə olan bütün xarici vətəndaşların təhlükəsizliyini təmin edir. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bazar ertəsi jurnalistlərə bildirib.
"Mən və səfirliyin bütün əməkdaşları Azərbaycanda özümüzü rahat və təhlükəsiz hiss edirik", - Lotem deyib.