MASKALI ŞƏXSLƏR MAĞAZAYA BASQIN ETDİLƏR
Tarix: 26-01-2012, 12:50 |
Çap et
ONLAR 400 MANAT PUL VƏ 800 MANATLIQ ƏRZAQ APARIBLAR
Azərbaycanın Gəncə şəhərində maskalı şəxslər mağazaya basqın ediblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Gəncə şəhəri N. Nərimanov küçəsində, şəhər sakini Şaməddin Binnətova məxsus mağazada satıcı işləyən Şahin Məmmədov polisə zəng edərək, maskalı 2 naməlum şəxsin idarə etdikləri «VAZ-2101» markalı avtomaşınla mağazanın vitrin şüşəsini sındıraraq oraya girmələrini, bıçaqla onu hədələyərək, oradan 400 manat pul və 800 manat dəyərində ərzaq məhsulları aparmalarını bildirib. Soyğunçuluqda istifadə olunan avtomaşın hadisə yerində qalıb.
İlkin əməliyyat-axtarış tədbirləri aparılır.