MMC QURBANLARI AYAĞA QALXDI
Tarix: 24-01-2012, 12:09 |
Çap et
ALDADILAN İSTEHLAKÇILAR YENİDƏN AKSİYA KEÇİRDİLƏR
"GEN" və "Kamran" MMC şirkətləri tərəfindən aldadılan istehlakçılar bu gün saat 11 radələrində yenidən Prezident Sarayının qarşısına toplaşıblar.
Bu barədə məlumat verən reportyorumuz Emil Salamoğlunun sözlərinə görə, şikaytəçilərin sayı 100 nəfərə yaxındır: "Onlar əllərində Heydər və İlham Əliyevlərin portretlərini və "Korrupsiyaya son!", "Evlərimizi qaytarın!", "Ya pulumuzu verin, ya evimizi" kimi şüar yazılmış trnsparantlar tutmuşdular. Polis aksiya iştirakçılarını qovub dağıtmasa da, əllərindəki transparantları alıb cırdı və onlara qəti şəkildə bildirdilər ki. Bakı Şəhər İcra Hakimiyyətinə gedərək şikayətlərini orada bildimuzu versinlər".
Qeyd edək ki, bir neçə ildir, tikinti şirkətləri tərəfindən aldadılan insanlar öz haqlarını tələb edir, ya mənzillərini, ya da şirkətlərə pdədiklər pulların geri verilməsini istəyirlər, ancaq hələ də bir nəticəyə nail ola bilməyiblər. Şikayətçilər yanvar ayın 18-də də bənzər aksiya keçirmiş, oxşar rəftarla üzləşmiş, eyni cavabı almışdılar.