AZƏRBAYCANDAN İRANA SƏRT İTTİHAMLAR
Tarix: 23-01-2012, 12:44 | Çap et
“ƏFQAN NARKOTİKLƏRİ AZƏRBAYCANA İRANDAN ÖTÜRÜLÜR”
Bu gün Azərbaycanda 26 mindən çox narkotik istifadəçisi var. Bu barədə APA-ya açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev bildirib. O, qeyd edib ki, 2011-ci ilin sonunadək olan məlumatlara görə, Azərbaycanda narkotik istifadəçilərinin sayı 26 min 490 nəfər təşkil edir. Onlardan 20 minə yaxınının xəstəliyi təsdiq edilib. Həmin 20 min nəfərin 80 faizi ağır narkotiklərin, yəni damar daxili narkotik istifadəçiləridir. Qeydiyyata alınan narkotik istifadəçilərinin 70 faizdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir. Yetkinlik yaşına çatmayanlarla bağlı isə 5 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Ümumi qeydiyyata alınanlardan 600-dən çoxu qadınlardır. A. Əliquliyev onlara məlum olan narkotik istifadəçilərinin sayının heç də reallığı özündə əks etdirmədiyini, əslində isə bu rəqəmin bundan daha çox olduğunu bildirib.
Azərbaycanda narkotik istifadəçilərinin arasında bütün təbəqələrdən olan insanların olduğunu qeyd edən A. Əliquliyev onların adlarının açıqlanmasının mümkünsüz olduğunu vurğulayıb: “Biz onların adlarını açıqlaya bilmərik. Bunu yalnız həmin şəxslərin özləri edə bilərlər”.
A. Əliyev ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarıldığını açıqlayıb. Həmin faktlardan 2636-sı üzrə 557 kiloqramı Daxili İşlər Nazirliyi tərəfindən, 33 fakt üzrə 606 kiloqramı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, 138 fakt üzrə 227 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən, 114 fakt üzrə 159 kiloqram narkotik vasitə isə Dövlət Sərhəd Xidməti tərəfindən dövriyyədən çıxarılıb. Dövriyyədən çıxarılan narkotik vasitələrin 359 kiloqramdan çoxu marixuana, 919 kiloqramdan çoxu həşiş, 120 kiloqramı isə heroin olub. Narkotiklərlə bağlı qeydə alının cinayət faktlarından 917-si satış üzrə, 1762-si saxlama, 111-i isə əkinlə bağlıdır. Aşkarlanan narkotik faktları üzrə 37 nəfəri xarici ölkə vətəndaşları ilə bağlı olub ki, onlardan 158 kiloqramdan artıq narkotik vasitə götürülüb.
A. Əliquliyev Azərbaycan üzərindən qaçaqmalçılıqla daşınan narkotiklərlə bağlı da danışıb. O, qeyd edib ki, bu gün beynəlxalq arenada Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti “Şimal Balkan” marşrutu adlanır: “Bütün beynəlxalq təşkilatlara məlumdur ki, bu gün Əfqanıstanda istehsal olunan narkotik vasitələr İran vasitəsi ilə Azərbaycanın işğal altındakı ərazilərinə keçirilir və həmin ərazilərdən də Avropaya daşınır. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əldə olunan məlumatlara görə, işğal altında olan ərazilərdə narkotik vasitələrin əkilib-becərilməsi də həyata keçirilir. Həmin narkotikdən əldə olunan maliyyə vəsaitləri isə Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrinə sərf edilir. Bu gün “Şimal Balkan” xətti üzrə Azərbaycan hüquq-mühafizə orqanlarına məlum olan 130-dan yuxarı marşrut var. Bütün bu marşrutlara qarşı hüquq-mühafizə orqanları tərindən mübarizə aparılır”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Bu gün, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Bu gün, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18 |
|
|
|
| • “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
| • Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05 |
|
|
|
| • ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56 |
|
|
|
| • Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46 |
|
|
|
| • Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33 |
|
|
|
| • Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42 |
|
|
|
|