Bileti satıb... QEYBƏ ÇƏKİLİRLƏR... - GİLEY
Tarix: 12-09-2024, 09:39 |
Çap et
"Şikayətim "biletim.az" saytındandır, daha dəqiqi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəndir (AYNA)". Dia-azİnfo xəbər verir ki, bunu öz etirazındqa ictimai fəal Orxan Eyvazlı qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "Gəncə şəhərindəyəm. "Biletim.az" saytından "online" bilet almaq istəyirəm. Hər bir şey qaydasındadır...
Nəqliyyata hardan minməliyik?
Bildirim ki, Gəncədə yeni və köhnə avtovağzallar, habelə Yevlax avtovağzalı kimi tanınan avtovağzal da var. Hər halda, üçündən biridir... Gərək zər atım... ya da falçıya gedim...
Nə saytda əlaqə nömrəsi var, nə də aldığım "online" biletin aid olduğu avtobusun sürücüsünün nömrəsi var.
Bu halda vətəndaşlar 141-ə zəng edir. Onda da 10 dəqiqə gözləyirsən, sıran çatanda isə "Sırada birincisiniz" deyib imtina edirlər (adboy). Bu da belə...
İndi vətəndaşlar neyləməlidir? Bu quruma özlərinin qoyduğu dayanacaqda "Bakubus"lar saxlamadığına görə 141-ə iyulun 3-ü şikayətimi bildirmişəm.
Hələ də baxan yoxdur. Avtobus gedişlərini qaldırıblar amma keyfiyyət bərbad..."