DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! .....                     “ABŞ Zəngəzura qoşun yeridir...” .....                     Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər .....                     Elgizin verilişi bu tarixdə başlayacaq .....                     Türkmənistan Prezidenti Ermənistana səfər edəcək .....                     Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi .....                     "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR .....                     Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı .....                     "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" .....                     70 MİLYON, YOXSA 7 MİLYARD? .....                     Röya Ayxan 80 milyon manata ev alıb? .....                     Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? .....                     İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... .....                     “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” .....                     Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü .....                     Putin “səfərbərlik olmayacaq” dedi .....                     Paşinyanın sözləri İrəvanı qarışdırdı: .....                     Zelenski Putinlə bu ölkədə görüşə hazırdır .....                     "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" .....                     Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? .....                     “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib .....                     AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək .....                     “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək .....                     Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu .....                 

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi - İLGİNC FAKTLAR
Tarix: 26-08-2024, 09:54 | Çap et
Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat 15.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.

Aktualinfo.org bir həftə ərzində Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “İNŞAATÇI 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2006-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 20, QAPI 1,2,3, qanuni təmsilçisi kimi isə Siraclı Qeys Məmməd oğlu qeyd olunub.

Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin adı ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SADIXOV AKİF ƏNVƏR OĞLUNUN TAM ORTAQLI İNŞAATÇI ŞİRKƏTİ olub. 2011-2013-cü illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ƏLİYEV YAŞAR ŞAMİL OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SİRACLI QEYS MƏMMƏD OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2015-2016-cı illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ORTAQLARININ TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2016-cı ildən bu günə kimi “İNŞAATÇI 3” MMC-kimi fəaliyyətini davam etdirir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu olub. 2014-cü ildən qanuni təmsilçilik Siraclı Qeys Məmməd oğluna keçib.
MMC-nin ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu prezident İlham Əliyevin 09 aprel 2015-ci il tarixli Sərəncəmı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında 3 iyun 2019-cu il tarixli Sərəncamı ilə Siraclı Qeys Məmməd oğlu da “Tərəqqi” medalı ilə təltif edilib.
MMC haqqında rəsmi mənbələrdə olan məlumat bu qədərdir. Bəs qeyri rəsmi mənbələrdə MMC və onun qanuni təmsilçiləri haqqında nə kimi məlumatlar var. Elektron medianın yazdıqlarına görə MMC-nin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu həm də “DDLAR Group” MMC-nin qanuni təmsilçisidir. Məlumatlara görə MMC Əliyev Şamil Əli oğlu ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri “Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC və “Yeni İnşaat” MMC daxildir. “DDLAR Group” şirkətinin əsl sahibinin mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir.
“DDLAR Group” şirkətinin bir sıra rayonlarda da tikinti işləri apardığı haqda məlumatlar var. Məsələn, Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.
Meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun biznes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.
Daha maraqlı məlumatlar isə MMC-nin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlılığıdır. Mediada yazılanlara görə “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.
Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur. Bu dövr ərzində onun başçılıq etdiyi Gəncədə nə kimi yeniliklər olub, göz qabağındadır. Təkcə Gəncədə yeni İdman Sarayının tikintisinə 5o milyon manatdan çox dövlət vəsaitinin ayrılması barədə məlumatlar var. Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin 4-5 ilə başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin mənimsənildiyi barədə də geniş məlumatlar var. Hətta sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olduğu yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.
Məlum olduğu kimi Azad Rəhimov artıq bir neçə ildir ki dünyasını dəyişib. Görsənən odur ki, onun oğlu Arif Rəhimov Gənclər və İdman Nazirliyinə təsir etmək gücünü hələ özündə saxlayır. Burada onun 2021-ci ildən Gənclər və İdman naziri vəzifəsinə gətirilmiş Fərid Qayıbovla köhnə ilişkiləri də rol oynaya bilər. Amma Gənclər və İdman Nazirliyinin Gəncə şəhər stadionunun yenidən qurulması işlərini “İnşaatçı 3” MMC-yə həvale etməsində də şübhəsiz Niyazi Bayramov faktoru da mühüm rol oynayıb.

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA-AZ-da təmir gedir...
Bu gün, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Bu gün, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Bu gün, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Bu gün, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Bu gün, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Bu gün, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Bu gün, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Bu gün, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Bu gün, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Bu gün, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Bu gün, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Bu gün, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Bu gün, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Bu gün, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Bu gün, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Bu gün, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Bu gün, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Bu gün, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Bu gün, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Bu gün, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Bu gün, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Bu gün, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Bu gün, 11:28
Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Bu gün, 11:25
Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Bu gün, 11:21
İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Bu gün, 11:12
“Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Bu gün, 11:06
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bu gün, 11:02
Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Bu gün, 11:00
Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Bu gün, 10:52
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Bu gün, 10:43
Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Bu gün, 10:39
“Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:37
AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Bu gün, 10:35
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Bu gün, 10:34
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Bu gün, 10:32
Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Bu gün, 10:30
İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Bu gün, 10:28
Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Bu gün, 10:14
İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Bu gün, 09:56
Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Bu gün, 09:34
Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Bu gün, 08:48
Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Bu gün, 08:46
Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru