“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY
Tarix: 9-02-2024, 11:14 | Çap et
 “Bu küçənin yolları o qədər bərbad haldadır ki, yerimək mümkünsüz olub. Günlər əvvəl yağan qar, yağışın fəsadları hələ də qalıb. Yaranan su gölməçələri qurumayıb”.
Bu şikayətlə “Qafqazinfo”ya Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi 6 və 11-ci döngənin bir qrup sakini müraciət edib.
Buraya 4 ay əvvəl köçən vətəndaş Nərminə Hüseynova deyir ki, yolun bu vəziyyətdə olmağı yaşlı və uşaqların küçəyə çıxmasına mane olur: “Övladlarımı məktəbə aparıb-gətirə bilmirəm. Küçəyə çıxan kimi adam palçığa batır. Kələ-kötür yollarda yerimək mümkün deyil. Onları məktəbə servis maşını aparır. O da gərək yolu fırlanıb gəlib düz qapıda dayansın. Əks halda uşaqlar qapıdan çölə bir addım atsalar, palçığa batacaqlar. Küçədə kanalizasiya xətti də yoxdur. Dəfələrlə müraciət etmişik. Nə maraqlanan var, nə də gəlib çarə tapan”.
Sakinlərin sözlərinə görə, 1994-cü ildə şəhid olan Teymur Yaqubovun anası Cənnət Yaqubova da bu ərazidə yaşayır: “Cənnət xala, artıq 3 ildir burada yaşayır. Bir neçə gün əvvəl kələ-kötür yollarda yeriyərkən yıxılaraq ayağını əzib. O da şikayət edib”.
Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsinin sakinləri də eyni problemdən əziyyət çəkir. Belə ki, yollardakı bənzər mənzərəyə bu küçənin dalanlarında da rast gəlmək mümkündür. Sakinlər bildirir ki, yollar uzun müddətdir dağılıb: “Çox çətinlik çəkirik. Təxminən 7-8 ildir eyni problem davam edir. Yağış yağdıqda isə vəziyyət daha da acınacaqlı olur. İstəyirik ki, bu yollara asfalt çəkilsin”.
F.Vəliyev küçəsində yol problemi ilə yanaşı, məişət tullantılarının daşınması ilə bağlı da xoşagəlməz vəziyyət yaranıb. Ərazidə konteynerlərin yerləşdirilməməsi səbəbindən bir çox sakin tullantıları küçəyə atır. Bu da antisanitar vəziyyətə səbəb olur.
Hər üç məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məlumat üçün bildirək ki, qeyd edilən ünvanda yolların əsaslı təmir edilməsi Binəqədi rayonu ərazisində asfaltlanmasına ehtiyac duyulan qəsəbədaxili yolların tərəfimizdən tərtib edilən siyahısına daxil edilib, bu məqsədlə aidiyyəti qurumlara müraciət edilib. Eyni zamanda vətəndaşlara yolların mərhələli qaydada əsaslı təmir olunacağı ilə bağlı müvafiq izahat verilib.
Sözügedən ünvanda məişət tullantıları konteynerlərinin yerləşdirilməsi ilə bağlı bildirmək istəyirik ki, ərazidə yaxın ünvanlarda konteynerlər mövcuddur. Lakin qeyd etdiyiniz ünvana sakinlərin razılığı ilə münasib yer müəyyən edilərsə, konteynerlər deyilən ünvana yerləşdirilə bilər”.
Kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı isə İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin şikayətinə əsasən, “Azərsu” ASC-yə müraciət olunub: “Aidiyyəti qurum tərəfindən həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinin başlanıldığı və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi barədə məlumat verilib”.




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14 |
|
|
|
| • DİA-AZ-da təmir gedir...
Dünən, 17:16 |
|
|
|
| • Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01 |
|
|
|
| • Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09 |
|
|
|
| • Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05 |
|
|
|
| • Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58 |
|
|
|
| • Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55 |
|
|
|
| • Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52 |
|
|
|
| • MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49 |
|
|
|
| • Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
| • Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41 |
|
|
|
| • Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32 |
|
|
|
| • Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • 5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25 |
|
|
|
| • Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21 |
|
|
|
| • Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13 |
|
|
|
| • “ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09 |
|
|
|
| • Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07 |
|
|
|
| • Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01 |
|
|
|
| • Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55 |
|
|
|
| • Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51 |
|
|
|
| • "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48 |
|
|
|
| • Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44 |
|
|
|
| • "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39 |
|
|
|
| • 70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Dünən, 11:28 |
|
|
|
| • Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Dünən, 11:25 |
|
|
|
| • Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Dünən, 11:21 |
|
|
|
| • İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Dünən, 11:12 |
|
|
|
| • “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Dünən, 11:08 |
|
|
|
| • Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Dünən, 11:06 |
|
|
|
| • Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Dünən, 11:02 |
|
|
|
| • Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Dünən, 11:00 |
|
|
|
| • Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Dünən, 10:52 |
|
|
|
| • "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Dünən, 10:43 |
|
|
|
| • Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Dünən, 10:39 |
|
|
|
| • “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 10:37 |
|
|
|
| • AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Dünən, 10:35 |
|
|
|
| • “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Dünən, 10:34 |
|
|
|
| • Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Dünən, 10:32 |
|
|
|
| • Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Dünən, 10:30 |
|
|
|
| • İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Dünən, 10:28 |
|
|
|
| • Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Dünən, 10:23 |
|
|
|
| • Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Dünən, 10:14 |
|
|
|
| • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Dünən, 09:56 |
|
|
|
| • Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Dünən, 09:36 |
|
|
|
| • Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Dünən, 09:34 |
|
|
|
| • Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Dünən, 08:48 |
|
|
|
| • Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Dünən, 08:46 |
|
|
|
|