“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb .....                     DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! .....                     “ABŞ Zəngəzura qoşun yeridir...” .....                     Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər .....                     Elgizin verilişi bu tarixdə başlayacaq .....                     Türkmənistan Prezidenti Ermənistana səfər edəcək .....                     Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi .....                     "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR .....                     Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı .....                     "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" .....                     70 MİLYON, YOXSA 7 MİLYARD? .....                     Röya Ayxan 80 milyon manata ev alıb? .....                     Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? .....                     İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... .....                     “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” .....                     Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü .....                     Putin “səfərbərlik olmayacaq” dedi .....                     Paşinyanın sözləri İrəvanı qarışdırdı: .....                     Zelenski Putinlə bu ölkədə görüşə hazırdır .....                     "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" .....                     Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? .....                     “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib .....                     AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək .....                     “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək .....                 

Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar – Fəhlələri belə ayağa qaldırırlar
Tarix: 14-12-2023, 10:28 | Çap et
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Vasif Talıbovun oğlu Rza Talıbovun şəriki Emin Uçar Naxçıvan Təhsil Nazirliyinə 180 min manatlıq hesab-faktura göndərib. Emin Uçar Naxçıvan şəhərində 2018-ci ildən tikintisinə başlanılan və tamamlanmayan turizim istirahət mərkəzinə görə Naxçıvan Tikinti və Arxitektura Komitəsindən 444 min manat, özəl qızlar yataqxanasına görə eyni Komitədən 150 min manatlıq tələblərlə də çıxış edir.

Baş verənləri yerindəcə araşdırmaq üçün Musavat.com-un əməkdaşı Naxçıvana ezam olunub. Əməkdaşımız öyrənib ki, ümumiyyətlə, Emin Uçar Naxçıvanda bir çox idarə və təşkilatlara qarşı çoxsaylı tələbin müəllifidir. Onun Naxçıvandakı dövlət orqanlarına qarşı irəli sürdüyü tələblərin ümumi dəyəri 2 milyon manatı aşır.

Üstəlik, verilən məlumatlara görə, Emin Uçar 2018-ci ildən bu yana dövlət budcəsi hesabına tikilən, lakin tamamlanmayan obyektlərdə çalışdırdığı usta və fəhlələrin də pulunu ödəməkdən yayınır.

Əməkhaqqını istəyən fəhlələrə isə deyilir ki, yeni Naxçıvan hakimiyyəti Emin Uçarın holdinqinin gördüyü işlərə görə büdcədən vəsait ödəmir deyə, o da öz növbəsində əməkhaqqını ödəmir.

Əslində isə ən müxtəlif tikintilərdə çalışan usta və fəhlələrin pulu ödənməməklə Naxçıvanda ciddi narazılıqlara yol açılır. Beləcə fəhlələr Naxçıvanın yeni hakimiyyətinə qarşı yönləndirilir. Bu addımların kimlərin maraqları çərçivəsində atıldığını isə birmənalı söyləmək çətindir.

Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar

Əməkdaşımız Naxçıvan şəhərində yerləşən 14 saylı məktəbdə olub. Öyrənib ki, məktəb 2007-ci ildə istifadəyə verilib. Bu məktəbin tikintisi o zaman Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar baş nazirin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədovun “yüngül əli” ilə Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya” Holdinqə ötürülüb. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında gerçəkləşib. Məktəb tendersiz-filansız “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə Vasif Talıbovun adamı, o zaman vəzifəli şəxs olan Asəf Məmmədov tərəfindən qəbul edilərək istifadəyə verilib. İllər keçib, məktəb qəzalı vəziyyətə düşüb. Əraziyə yenə də Asəf Məmmədov göndərilib. Belə aydın olur ki, o, bu gün də Vasif Talıbovun orbitindən kənarda deyil. Onun şəriki olmuş Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edir.

Elə Naxçıvan şəhərinin ən böyük məktəbində baş verən cinayətə bərabər uyğunsuzluqların aradan qaldırılmasında da Asəf Məmmədov birbaşa iştirak edib.

Məktəbdə baş verə biləcək faciənin qarşısı isə şagirdlərdən birinin valideyninin sayıqlığı nəticəsində alınıb.

Məktəb təhvil götürüləndən 15 il sonra şagirdlərdən biri evdə atasına məktəbin 2 və 3-cü mərtəbələrindəki foye hissələrinin əsməsi-yellənməsi haqda danışıb. Övladının məktəbin əsməsi-yellənməsi haqda sözlərindən dəhşətə gələn valideyn səhər məktəbə gedib, məsələni yerindəcə araşdırıb. Görüb ki, məktəbin foyesində çox ciddi şəkildə əsmə-yellənmə, titrəyiş var. Şagirdlər foyedə toplaşıb bir qədər cəld hərəkətlər etdikdə əsmə-yellənmə, titrəyiş az qala zəlzələ təəssuratı, vahiməsi yaradır.

Bundan sonra valideyn məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Naxçıvan FHN-dən valideynə qısa müddət sonra narahatlığının əsaslı olması barədə məlumat verilib. Bildirilib ki, həqiqətən də Naxçıvan şəhərinin ən böyük - 1404 şagirdlik məktəbində durum fəlakətli dərəcədə təhlükəlidir, foyedəki konstruksiya qüsurları binada çox ciddi şəkildə əsmə-yellənməyə yol açır, təmir-bərpa, konstruksiyanın bərkitmə işlərinə ehtiyac var.

Problem barədə Naxçıvan rəhbərliyinə, məktəbin tikintisini aparan “Gəmiqaya”ya - həmin zaman artıq adını “Arkoz” kimi rebrendinq edən Holdinq rəhbərliyinə çatdırılıb. Tikinti zamanı yol verilən və ümumilikdə məktəbin istismarını məhdudlaşdırılmasına gətirib çıxaran uyğunsuzluqların aradan qaldırılması istənilib. Əks halda cinayətə bərabər hərəkətlər və hərəkətsizliklərlə bağlı prokurorluq orqanlarına müraciət ünvanlacağı bəyan olunub.

“Arkoz” sahibi Emin Uçar qısa müddətdə 14 saylı məktəbin konstruksiya-bərkitmə işlərini gerçəkləşdirmək üçün addımlar atıb. Məktəbin zirzəmisindən başlamaqla 1-2-3-cü mərtəbələrində dəmir konstruksiyalarla bərkitmə işləri aparılıb və məktəbin foyesindəki əsmə-yellənmə aradan qaldırılıb.

Həngamə də bundan sonra başlayıb.

Emin Uçar məktəbdə hələ 2007-ci ildə görməli olduğu işlərə görə Naxçıvan Təhsil Nazirliyinə 15 il sonra, 2023-cü ildə 180 min manatlıq hesab-faktura göndərib. Tələb edib ki, həmin vəsait onun “Arkoz”unun hesabına keçirilməlidir.

Eyni zamanda Emin Uçarın Holdinqi məktəbdə bərkitmə işlərinə cəlb etdiyi usta və fəhlələrin əmək haqqını da ödəməyib. Usta və fəhlələrə bildirilib ki, Təhsil Nazirliyi Holdinqə görülən işlərə görə vəsaiti ödəməyincə, onlar da öz növbələrində onlara gördükləri işlərə görə əmək haqqını ödəməyəcək.

Beləcə bir qrup usta və fəhlənin Naxçıvanın hakimiyyət orqanlarına qarşı narazılığına əsas yaranıb.


Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
DİA-AZ-da təmir gedir...
Dünən, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Dünən, 11:28
Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Dünən, 11:25
Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Dünən, 11:21
İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Dünən, 11:12
“Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Dünən, 11:08
Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Dünən, 11:06
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Dünən, 11:02
Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Dünən, 11:00
Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Dünən, 10:52
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Dünən, 10:43
Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Dünən, 10:39
“Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 10:37
AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Dünən, 10:35
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Dünən, 10:34
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Dünən, 10:32
Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Dünən, 10:30
İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Dünən, 10:28
Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Dünən, 10:23
Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Dünən, 10:14
İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Dünən, 09:56
Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Dünən, 09:36
Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Dünən, 09:34
Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Dünən, 08:48
Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru