"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." .....                     "Filiala getdim və nəticə yoxdur..." .....                     "Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı .....                     Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... .....                     Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... .....                     İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? .....                     “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb .....                     DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! .....                     “ABŞ Zəngəzura qoşun yeridir...” .....                     Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər .....                     Elgizin verilişi bu tarixdə başlayacaq .....                     Türkmənistan Prezidenti Ermənistana səfər edəcək .....                     Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi .....                     "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR .....                     Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı .....                     "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" .....                     70 MİLYON, YOXSA 7 MİLYARD? .....                     Röya Ayxan 80 milyon manata ev alıb? .....                     Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? .....                     İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... .....                     “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” .....                     Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü .....                     Putin “səfərbərlik olmayacaq” dedi .....                     Paşinyanın sözləri İrəvanı qarışdırdı: .....                 

“İnşaat Konstruksiyaları” MMC-nin şefi ÖZBAŞINA QALIB... - BOŞ-BOŞ VƏDLƏR VERSƏ DƏ...
Tarix: 10-10-2023, 08:23 | Çap et
“İnşaat Konstruksiyaları” MMC-nin şefi ÖZBAŞINA QALIB...
DİA.AZ: - Yasamal rayonu Şərifzadə 33 ünvanında pilot layihə əsasında tikilən binanın sakinləri mənzillərinə 8 ildir köçə bilmir. 2016-cı ildə “alimlərin yataqxanası” kimi tanınan bina pilot layihə adı altında söküləndə “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə qovuşacaqları vədini vermişdi. Üstəlik, sakinlər binadan etirazlarına rəğmən məcburi şəkildə köçürüldüklərini deyirlər.

8 il ərzində tikilməkdə olan bina mənzillərini 200-ə yaxın yeni alıcıya da sata bilib. Bu mənzillərin nə vaxt təhvil veriləcəyi bir kənara, bir mənzilin bir neçə adama satılması faktları da ortaya çıxıb.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Mətbuatda gedən məlumatlara görə, şirkətin Nizami rayonunda pilot layihə əsasında tikdiyi binadan da bənzər şikayətlər var. DİA.AZ bildirir ki, Rauf Əliyev Meydan TV-yə açıqlamasında binanın 2024-cü ilin martına təhvil veriləcəyini deyib, AMMA...

Rauf Əliyev həmçinin mənzillərin bir neçə şəxsə satılma məsələsinin həll olunduğunu bildirib.

2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarıyla Bakı şəhərində sakinlərin etirazı fonunda onlarla köhnə bina söküldü. Qərarda qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması hədəfləndiyi göstərilirdi. Bəs bu qədər ictimai əhəmiyyətli işin icrası niyə belə şirkətə əmanət edilib? Yasamal Rayon İcra Hakimiyyəti ünvanladığımız suallara cavabında bildirib ki, tikintidə baş verən qanunsuzluqlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Şirkət rəhbərinin verdiyi məlumata görə hazırki durumda zərərçəkmişlərin problemləri həll edilməkdədir və tikintidə əsas işlər tamamlanaraq mənzillərin təmirinə başlanacaqdır.

DİA.AZ bildirir ki, "İnşaat Konstruksiyaları" MMC sahibi Rauf Əliyev əslində, zəncirvari bir fırıldaqçı şəbəkənin başında gedənlərdən biridir. Şirkət rəhbəri ənənəvi dələduzluğa yol verərək bir mənzili bir neçə nəfərə satıb. Ayrı-ayrı müqavilələr imzalansa da, mənzil sahiblərinə sonda məlum olub ki şərikləri var və aldadılıblar. Bu saxtakarlığa rəğmən hüquq-mühafizə orqanları Rauf Əliyevin indiyə qədər azadlıqda gəzməsinə imkan yaradırlar. Nəticədə R. Əliyev Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında 17 mərtəbəli binanın tikintisini 6 ildir ki, başa çatdırmır və buna görə heç kəsə hesabat vermir. Yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdədir. Onların keçirdiyi çoxsaylı aksiyalar, teleqramlar, müraciətlər bugünədək nəticəsiz qalıb. Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25/38 ünvanında yeni tikilən binadan ev alan 240 nəfərə yaxın sakin də uzun müddətdir mənzillərinə köçə bilmir. Səbəb yenə də binanın tikintisi ilə məşğul olan "İnşaat Konstruksiyaları" MMC-nin deyilən müddətdə tikilini təhvil verməməsidir. Göründüyü kimi, Rauf Əliyev iki ünvanda binalar inşa etməli, təhvil verməlidir, bu məqsədlə payçılardan külli miqdarda pul alıb, amma tikintini yekunlaşdırmır. Çox qəribədir, Rauf Əliyevə hansı yüksək ranqlı məmurlar havadarlıq edir ki, iki rayonda yüzlərlə sakini aldadıb, amma həbs etmirlər?! Əcəba, bilmədiyimiz hansı səbəblər var? Nə üçün sakinlərin etirazlarına adekvat reaksiya verilmir? Yeri gəlmişkən, əldə etdiyimiz son məlumatlara görə, Rauf Əliyev nə aldatdığı adamların qabağına çıxır, nə telefonları açır. Şirkət rəhbəri hamıdan qaçır və gizlənir. Görünür, bu vaxta qədər onun cəzasız qalmasının səbəbi məhz yüksək rütbəli şəxslər səviyyəsində qoruyucularının olmasıdır. Hazırda sakinlərin problemi olduğu kimi qalıb və hakimiyyət daxilində dayaqları hesabına Rauf Əliyev şad-xürrəm, azad gəzir. O da çox qəribədir ki, hələ 2018-ci ildə "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 4 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmur. Bundan əlavə, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Bu qədər adı qalmaqallarda hallanmış, barəsində cinayət işi açılmış şirkətin rəhbərinin həbs olunmaması suallar doğurur. Həmçinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları" MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, həmin ünvanda bina tikintisi həyata keçirilməyib. Faktiki şirkət üç ünvanda layihələri yarımçıq həyata keçirib, hər birində yüzlərlə ailənin pulu batıb. Halbuki ölkədə bir daşı daş üstünə qanunsuz qoyan adamın başına min oyun gətirirlər, məişət səviyyəsində bir quldurluq, yaxud fırıldaq olanda dərhal həbs edirlər, amma Rauf Əliyev üç ərazidə insanları aldadıb, haqqında cinayət işi var, di gəl, öz kefindədir. İndi vətəndaşlar digər dələduz tikinti firmalarının sahibləri kimi, Rauf Əliyevi də dəmirbarmaqlıqlar arasında görmək istəyir...

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı ərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00
"Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49
Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39
Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36
İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
DİA-AZ-da təmir gedir...
Dünən, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Dünən, 11:28
Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Dünən, 11:25
Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Dünən, 11:21
İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Dünən, 11:12
“Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Dünən, 11:08
Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Dünən, 11:06
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Dünən, 11:02
Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Dünən, 11:00
Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Dünən, 10:52
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Dünən, 10:43
Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Dünən, 10:39
“Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 10:37
AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Dünən, 10:35
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Dünən, 10:34
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Dünən, 10:32
Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Dünən, 10:30
İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Dünən, 10:28
Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Dünən, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru