Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                 

“TERRORÇU”NUN ANASINDAN ŞOK AÇIQLAMALAR
Tarix: 21-01-2012, 12:06 | Çap et
“TERRORÇU”NUN ANASINDAN ŞOK AÇIQLAMALAR

“YALANDIR, BÖHTANDIR”...

В«Yalandır, hamısı yalandır, hamısı böhtandır. Elə onlar gələndə, oğlumu tutanda dedim ki, oyundur, torba tikməyə gəlirsiz. Mənim uşaqlarım nə araq içəndilər, nə siqaret çəkən, o ki ola nəşə çəkən, ya da terrorçu. Biz gördük də. Elə bil içkili adam danışar ey, dili dolaşar, sözü deyə bilməz, o cür danışırdı. Heç o danışmırdı. Başqasıydı. Görmürdüz gözü hara baxırdı? Ona oxutdururdular. Yalandır... 12 ildir kürəkənim Balaqardaşa görə, bu işlər başımıza gəlirВ».

Şukufə Əliyeva belə deyir, terrora cəhddə ittiham olunaraq həbs olunmuş Rasim Əliyevin anası.

Yanvarın 19-da MTN məlumat yaydı ki, В«əcnəbi vətəndaşlar olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan qrup yaxalanıbВ». Həmin ictimai xadimlərin kimliyi açıqlanmadı.

Məlumatda sadəcə deyilir ki, terror aktını Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov və hazırda İranda yaşayan Balaqardaş Dadaşov planlaşdırıblar.

Məqsəd Bakıda işləyən əcnəbi vətəndaşların xidməti fəaliyyətinə son qoymaq olub. MTN-ə görə, bundan ötrü dəstə üzvləri odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər.

Nazirliyin məlumatında həmçinin deyilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilmədən yaxalanıblar.

В«QARAJDAN SNAYPER GÜLLƏLƏRİ TAPDILARВ»

Şükufə Əliyeva isə deyir ki, yanvarın 10-da həbs olunan oğluna vəkil tuta bilməyib. Bir neçə vəkilə müraciət ediblər. Amma onlar Rasim Əliyevi müdafiə etməkdən boyun qaçırıblar.

Şükufə Əliyeva israrla təkrar edir ki, oğlu günahsızdır, sadəcə ittihamı boynuna qoyublar. В«Oğlunuza işgəncə və ya hər hansı təzyiq göstərilməsi haqda məlumatınız varmıВ» sualına belə cavab verdi:

В«Onu görməmişik. Amma 100 faiz bilirik ki, boynuna qoyublar. Düzdür, İrana gedib-gəlmişik. Amma gömrükdən keçmişik. Yoxlayıb buraxıblar... Gəlib evdə bizi tərpənməyə qoymadılar. Özləri yorğan-döşəyin arasından bükülü tiryək çıxartdılar, qarajdan snayper güllələri çıxartdılar. Narkotiklə boyunlarına qoyub apardılarВ».

В«YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU VƏ YƏHUDİ KEŞİŞİ ÖLDÜRDƏCƏKMİŞВ»

Şükufə Əliyevanın sözlərinə görə, az sonra onları Səbail Rayon Məhkəməsinə çağırıblar:

В«Cavan qız idi vəkil, zəng elədi ki, məhkəmə olacaq, gəlin görüşün. Heç yaxın da buraxmadılar. Vəkil gəldi ki, onu da buraxmayıblar. Qərarı göstərdi ki, guya terror aktı törədəcəkmiş, yəhudi məktəbinin direktorunu, yəhudi müəllimini öldürtdürəcəkmiş. Buna görə guya Balaqardaşdan pul da alıb. Adam da tapıb. O da (MTN-nin məlumatında adı keçən Əli Hüseynovu nəzərdə tutur- Ş.B.) bədbəxtin, yazığın biridir, qalmağa yeri yoxdur. Tanışdır, heyvan üçün В«opilkaВ» gətirir, hərdən də elə-belə 5 manat, 3 manat verirdik. Onu qoyublar üzünə, guya o vuracaqmış. Qarabağ müharibəsinin də iştirakçısıdır o oğlan. Tapıb, düzüb-qoşublar da torba tikməyəВ».

Anasının dediyinə görə, 34 yaşlı Rasim Əliyevin 2 az yaşlı uşağı var. Biri 2 yaşında, o biri 8 aylıqdır.

В«BÜTÜN OYUNLAR BALAQARDAŞ ÜÇÜNÜYDÜВ»

Adı MTN-nin məlumatında hallanan, indi İranda yaşayan Balaqardaş Dadaşov adam oğurluğu, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə təqsirləndirilir. Barəsində beynəlxalq axtarış elan olunub.

Balaqardaş Dadaşov həm də Rasim Əliyevin yeznəsidir. Şükufə Əliyeva kürəkəniylə bağlı deyilənləri də təkzib edir:

В«Bütün oyunlar onun üçündür əslində. Deyirlər, ayı min bir oyun eylər, bir armud üçün. Balaqardaş kürəkənimi də böhtanla çıxartdılar. Uşaqları bir il məktəbə apara bilmirdik. Düşürdülər dalımızca, gecə-gündüz axtarış-yoxlama. Uşaqları qorxudan sarılıq tutdu.

Axırı qızım başını götürdü getdi. Bunun boynuna qoyulan cinayətlər vardı, adam öldürmələr-filan, 2004-cü ildə Hacı Məmmədov tutulandan sonra aşkara çıxdı ki, bu eləməyib, Hacı Məmmədovun dəstəsi eləyib. Bununla da polisin ayağı evimizdən kəsildi. Nə biz terrorçuyuq, nə hökumətə qarşı çıxanıq. Allaha şükür bir parça çörəyimiz var, dolanırıqВ».

İRAN SƏFİRLİYİ

Dövlət televiziyasında yayımlanan süjetdə Rasim Əliyev dəfələrlə deyir ki, tapşırığı onlara İranın xüsusi xidmət orqanları verib. Bu işdə vasitəçi də Balaqardaş Dadaşov olub.

Yanvarın 20-də iş günü olmadığından İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənə bilmədik.

AZƏRBAYCAN XİN-İ İRANLA DANIŞMALIDIR

MTN-in sabiq əməkdaşı İlham İsmayılın qənaətincə, əgər doğrudan da rəsmi məlumatda deyildiyi kimidirsə və terrorun qarşısı alınıbsa, bu çox yaxşıdır. Bunu uğurlu əməliyyat adlandırmaq olar.

Amma o düşünür ki, bu məlumatla bağlı istintaq başa çatdıqdan sonra və ya məhkəmə zamanı danışmaq daha doğru olar. O əməliyyatla bağlı dövlət televiziyasında yayımlanan məlumatda açıqlanmayan məqamların olduğunu da deyir.

Amma İlham İsmayıl bu işin qurama olması haqda fikirləri də qəbul etmir. Çünki qarşı tərəf İran dövlətidir və hər hansı dövlət deyil. İlham İsmayıla görə, bu addım görünür hansısa gərgin münasibətlər fonunda cavabdır:

В«Bir də Rafiq Tağının ölümündən sonra ikinci belə hadisə, özü də yəhudi əsilli əcnəbinin öldürülməsi şok yaradardı. Bu addımın atılması təhlükəsizlik sisteminin işlədiyinə təminat kimi də başa düşmək olarВ».

İlham İsmayıl hesab edir ki, Azərbaycan yalnız əməliyyatla kifayətlənməməlidir. Həm də Xarici İşlər Nazirliyi hərəkətə keçməli, İranla danışıqlar aparmalı və ya bəyanat verməlidir.

MTN-nin yanvarın 19-da yaydığı məlumatda deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işi açılıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Bu gün, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Bu gün, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru