Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                 

"BAKI TAXIL" ASC-DƏN İQTİSADİ SABOTAJ
Tarix: 8-10-2013, 15:43 | Çap et
"BAKI TAXIL" ASC-DƏN İQTİSADİ SABOTAJ
Nadir Quliyev adına “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə bağlı maraqlı məlumatlar dolaşır. İddialara görə, adıçəkilən səhmdar cəmiyyət fermerlərdən yüksək keyfiyyətli taxıl məhsulu alır.

Amma bu zaman qiymətlər fermerlər üçün ürəkaçan səviyyədə olmur. Bununla bağlı dəfələrlə ASC sədri Bəsirət Quliyevə edilən müraciətlərin də faydası olmayıb. Qiymətlər sözügedən səhmdar cəmiyyətin maraqlarına uyğun müəyyənləşdirilir. Məsələ burasındadır ki, bu ASC Dövlət Taxıl Fondunun elan etdiyi tədarük məntəqələrindən biri olduğundan son qərarı da fermerlər deyir, məhz “Bakı-Taxıl”ın rəhbərliyi müəyyənləşdirir.

“Bakı Taxıl” fermerlərə qarşı

Səhmdar cəmiyyətin bu cür münasibəti isə heç şübhəsiz, fermerləri stimullaşdırmaq məqsədi güdmür. Əgər belə olsaydı, sahibkarların istehsal etdikləri məhsulu daha yüksək qiymətə qəbul edərdilər. O zaman fermelər arasında stimul yaranardı ki, daha keyfiyyətli buğda istehsal edib, normal qiymətə sata bilsinlər. Doğrudur, ASC rəhbərliyi həmin tənqidləri qəbul etmir və bildirirlər ki, fermerlərdən dənli məhsullar məhz Dövlət Taxıl Fondunun müəyyənləşdirdiyi qiymətlər əsasında alınır.
Amma unutmayaq ki, taxıl qəbulunu birbaşa özü aparması üçün Dövlət Taxıl Fondunun imkanları zəifdir. Belə ki, qurumun məhsulun keyfiyyətini müəyyənləşdirə və tədarük edə biləcək mütəxəssisləri azdır. Ona görə də, birbaşa fermerlərin özləri ilə deyil, taxıl emalı ilə məşğul olan şirkətlərlə, o cümlədən də, Nadir Quliyev adına “Bakı-Taxıl” ASC ilə işləməyə üstünlük verir. Həmin şirkətlərin mütəxəssisləri yerli fermerlərin təqdim etdikləri məhsulu yoxlayırlar, bu zaman isə məhz başda da adıçəkilən səhmdar cəmiyyət olmaqla, özəl müəssisələrin maraqlarına cavab verən mənzərə çıxır.
Qeyd edək ki, haqqında danışılan səhmdar cəmiyyətə adı verilən mərhum Nadir Quliyev uzun illər Bakı 2 saylı çörək kombinatının direktoru olub. Hazırda onun adını daşıyan səhmdar cəmiyyətin sədri Bəsirət Quliyev məhz mərhum direktorun oğludur.

Bəsirət Quliyevin
səhmdar cəmiyyətinin
məhkəmələrdən keçən yolu

“Bakı Taxıl”la bağlı maraqlı məqamlardan biri də səhmdar cəmiyyətin müxtəlif vaxtlarda məhkəmə iddialarının subyektlərindən birinə çevrilməsi ilə bağlıdır. Bu məhkəmə qalmaqalları arasında Nadir Quliyev adına “Bakı-Taxıl” ASC-nin “Xəyal-Holdinq”lə hüquqi çəkişməsi xüsusi maraq doğurur. İki şirkət arasındakı borc mübahisəsi sonradan məhkəməyədək uzandı. Məhkəmənin ilk instansiyasındakı qərarından narazı qalan ASC rəhbərliyi sonradan Appelyasiya Məhkəməsinə müraciət etsə də, təxminən bir il əvvəlki qərarda da ilk instansiya məhkəməsinin qərardaşı dəyişilmədən saxlanıldı.
Ümumiyyətlə, adıçəkilən səhmdar cəmiyyətin əksər məhkəmə proseslərində uduzması və ya istədiyi qərarların çıxarılmasına nail olmaması diqqət çəkir və maraq doğurur. Problemin şirkətin hüquqşünaslarında, yoxsa iş prinsiplərində olduğunu demək çətindir.
Müəssisədə işçilərin kifayət qədər olmasına baxmayaraq onların əksəriyyətinin əmək müqaviləsi olmadan çalışdığı, “ikili mühasibatlıq” hökm sürdüyü, yəni maaşların reallıqda olduğundan az göstərildiyi və beləliklə vergidən yayınma hallarına yol verildiyi də səslənən iddialar arasındadır. Bundan başqa səhmdar cəmiyyətin Dövlət Sosial Müdfiə Fonduna köçürmələri ilə bağlı da şübhəli məqamların olduğu deyilir, iddia olunur ki, məhz işçilərin maaşlarının az göstərilməsi və əmək müqavilələrinin olmamasına dair hallar həmin köçürmələrin məbləğinin də reallıqdan az olmasına gətirib çıxarıb.

“Bakı Taxıl”ın Buzovnadakı yardımçı təsərrüfatında
qanunsuzluq

Səhmdar Cəmiyyətin yardımçı təsərrüfatları ilə bağlı da qalmaqallar az yaşanmayıb və bu rəsmi təsdiqini tapıb. Belə ki, ötən ilin oktyabrında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Buzovna broyler”də dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir.
Seçilmiş nümunələrin Komitənin Təcrübə- Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilmişdir.
Müəyyən olunmuşdur ki, Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur. Müəssisədə istehsal edilən məhsulların isə “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda “halal” məhsul kimi təqdim edildiyi aydınlaşdırılmışdır. Bununla da müəssisə tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinin tələbləri pozulmuşdur.
Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilmişdir. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməmişdir.
Bütün bunları nəzərə alaraq, Dövlət Komitəsi orada broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışını qadağan etmişdir.
Bu məqamda başqa maraqlı bir məsələni diqqətə çatdırmaq mümkün deyil. İddiaya görə, bir müddət əvvəl Nadir Quliyev adına “Bakı-Taxıl” ASC-nin Buzovnadakı yardımçı təsərrüfatında ilginc bir hadisə yaşansa da, sonradan səhmdar cəmiyyət sədri bu olayın “unutdurulmasına” nail olub. Maraq doğuran isə onun buna necə nail olduğudur.
Adıçəkilən ASC-nin ünvanına səslənən irad və iddialarla bağlı dəqiqləşdirmələr aparıb əlavə məlumat verməyə çalışacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru