GORANBOYDA DÖYÜLƏN ŞƏXS XƏSTƏXANADA ÖLÜB
Tarix: 20-01-2012, 13:20 |
Çap et
HƏMKƏNDLİSİ ONU TƏPİK VƏ YUMRUQLA DÖYÜB
Goranboy rayonunda döyülən şəxs xəstəxanada ölüb. APA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xanqərvənd kəndi ərazisində kənd sakini Seyidağa Məzahiri münaqişə zəminində Qüdrət Nəsirovu təpik və yumruqla döyüb. Ağır bədən xəsarətləri almış Q. Nəsirov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.