JURNALİSTLƏRİMİZ DAĞLIQ QARABAĞA SƏFƏR EDƏCƏKLƏR
Tarix: 20-01-2012, 11:52 |
Çap et
“BU MƏLUMATIN İNDİ VERİLMƏSİ DÜZGÜN HESAB EDİLMİR”
2012-ci il fevralın birinci yarısında bir qrup azərbaycanlı jurnalist Dağlıq Qarabağa səfər edəcək.
Bu barədə Modern.az saytına Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.
O, qeyd edib ki, səfərlə bağlı proqram artıq tərəflər arasında razılaşdırılıb: “İndi bir sıra texniki məsələ var ki, onun üzərində işləyirik”.
Qaldı bu səfərin necə gerçəkləşəcəyinə, Dağlıq Qarabağa kimlərin gedəcəyinə, E.Eyvazlı bildirib ki, bu barədə məlumat veriləcək: “Ancaq bu məlumatın indi verilməsi düzgün hesab edilmir. Təbii ki, ictimaiyyətə bu barədə geniş məlumat veriləcək. Ancaq qabaqcadan məlumat vermək ümumi işin ziyanına olar. Buna görə də zamanı çatanda jurnalistlərin Dağlıq Qarabağ səfəri barədə açıqlama verəcəyik”.