Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     “Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” .....                     Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış .....                     Hüseyndən Zaur Kamala: .....                     Zaur Kamaldan dələduzluq xəbərdarlığı .....                     Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını .....                     Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib .....                     Qaqauz Yerində gərginlik böyüyür: .....                     AZAL brendinin yeni vizual manifesti təqdim edilib .....                     Qadağa aradan qaldırıldı: .....                     Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək .....                     Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... .....                     214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? .....                     "Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... .....                     “Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür .....                     Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... .....                     "Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." .....                     "Şəki Sukanal" ləğv olunur .....                     Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı .....                     Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir .....                     “Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” .....                     Silahlı “Artsax” batalyonu Putinin əmrində .....                     İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər .....                     Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI .....                     İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi .....                     Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı .....                     “11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” .....                     "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" .....                     Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? .....                     “Belə avtomobillərlə heç yerə getmərəm...” .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." .....                     Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib .....                     Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir .....                     Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı .....                     AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? .....                     "AzParking" qalmaqalı: Pulu nəğd alırlar .....                     Siraqəddin Cabbarov şikayətçiləri qovur .....                     Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan .....                 

"QƏZETİMİZİN DAYANMAQ TƏHLÜKƏSİ VAR"
Tarix: 19-01-2012, 12:16 | Çap et
"QƏZETİMİZİN DAYANMAQ TƏHLÜKƏSİ VAR"

"GÜNDƏM XƏBƏR"İN ÇÖKDÜRÜLMƏSİNDƏ MARAQLI ŞƏXS ƏLI HƏSƏNOVDUR"

Xeyli vaxtdır ki, "Gündəm Xəbər" qəzeti hakimiyyətdəki bir qrup məmurun təzyiqləri ilə üzləşib. Belə ki, qəzetimizin təsisçisi Şirin Cəfərli barəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 309-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Bundan başqa, Vergilər Nazirliyi qəzetimizə fantastik məbləğdə - 107 245 manat cərimə kəsib. Qəzetin Bank hesabına həbs qoyulub. Son vaxtlar isə yayım firmaları biri-birinin ardınca qəzetlə nağd hesabalaşmaqdan imtina edir. Bir sözlə, "Gündəm Xəbər"ə qarşı təzyiqlər getdikcə daha sərt xarakter alır. Şirin Cəfəri ilə söhbətimiz də elə bu barədə oldu.

- Şirin bəy, Vergilər Nazirliyi yanında Audit Departamenti "Gündəm Xəbər"ə qəzetinə 107 min manatdan artıq cərimə kəsib. Bu qərarla razılaşmadığınız üçün məhkəməyə müraciət etmisiniz. Məhkəmənin gedişi ilə bağlı nə deyə bilərsiniz?
- Əvvəla onu qeyd edim ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı qərar saxta idi. Ona görə də biz bu qərarla razılaşmadıq və 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmədə bu işə hakim Sevic Alıyevanın sədrliyi ilə baxılır. Artıq dekabrın 20-da məhkəməyə hazırlıq iclası keçirildi. Həmin iclasda mən dinlənildim, vəkilimiz Elçin Sadıqov lazımi sənədləri məhkəməyə təqdim etdi. Məhkəmənin növbəti iclası yanvar ayının 19-na, saat 11.00-a təyin edilib. Ayın 19-da proses davam etdiriləcək. Mən məhkəmədə hüquqlarımızın bərpa olunması, haqq-ədalətin öz yerini tapmasına çalışacağam. İnanıram ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı saxta qərar məhkəmədə öz təsdiqini tapmayacaq. Çünki məhkəmənin bundan fərqli qərar verməsi mümkün deyil. Buna əsas yoxdur. Əgər Azərbayan məhkəmələri müstəqildirsə və özünə hörmət qoyursa, ağ yalanlara yer verməməlidir. Bir sbzlə, məhkəməyə böyük ümid bəsləyirəm. İnanıram ki, orada "tərəzi" öz tarazlığını saxlayacaq və haqq-ədalət yerini tapacaq.
Bir məsələni də əqeyd etmək istəyirəm. Bu gün Azərbayanda məmur özbaşınalığı özünün pik nöqtəsinə çatıb. Əksər məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar elə düşünürlər ki, Azərbaycan dövləti və onun sərvətləri bunların atalarınındır. Bu sərvətlər bunlara dədə-babalarından qalıb və bundan necə lazımdır istifadə edə, Azərbaycanın büdcəsini dağıda bilərlər. Dağdırlar da. Məhz buna görə də bizim qəzetimiz həmin məmurlara qarşı çox sərt mövqe tutur. Ölkədə baş verən özbaşınalıqlar, korrupsiya və rüşvətxorluq, digər qanunsuzluqlar barədə açıq şəkildə, cəsarətlə yazdığımıza, yüksək vəzifəli məmurların iqtisadi maxinasiyalarını işıqlandırdığımıza görə bu cür təzyiqlərə məruz qalırıq. Elə bu səbəbdən də həmin məmurlar bizim əleyhimizə sifarişli qərarlar çıxartdırıb, qəzetimizə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunub, bank hesabımıza həbs qoyulub. Vergilər Nazirliyi yanında Audit Departamentinin qərarı bir daha təsdiq etdi ki, müstəqil qəzetləri susdurmaq üçün məmurlar bilərəkdən onlara belə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq edilməsi barədə göstəriş verirlər. Bu qərarlar növbəti dəfə hamıya bəlli oldu ki, Azərbayanda söz azadlığı boğulur, jurnalistlər əziyyət çəkirlər.

- Həmin qərarla bağlı məhkəməyə müraciət etsəniz də, artıq Vergilər Nazirliyi onu icraya yönəldib. Elə bundan sonra bank hesabınıza həbs qoyulub. Məhkəmə prosesi bitməmiş qərarın icraya yönəldilməsini, bank hesabına həbs qoyulmasını nə dərəcədə düzgün addım hesab edirsiz? Bu, qanunidirmi?
- Bu təbii ki, düzgün deyil, qanunsuzdur. Məhkəmə qərarı olmadan hər hansı işin icraya yönədilməsi qanunvericiliyə görə, yolverilməzdir. Amma buna baxmayaraq, Azərbayanda belə addımlar atılır. Mən razılşmadığım bir qərardan məhkəməyə müraciət etmişəm, hələ məhkəmə prosesi gedir və qərar qəbul olunmayıb, amma buna baxmayaraq, bizə qarşı təzyiqlər, xüsusən də qəzetimizin iqtisadi dayaqlarına yönələn sanksiyalar davam edir. "Gündəm Xəbər" sırf satışdan gələn gəlir hesabına yaşayan bir qəzetdir. Bizim qəzetə başqa qəzetlərdən fərqli olaraq, nə hökumət, nə müxalifət nümayəndələri, nə də iş adamları tərəfindən heç bir maliyyə dəstəyi yoxdur, ola da bilməz. Qəzetin satışı normaldır, kiçik kollektivimiz var, satışdan gələn qazacımız kollektivi orta səviyyədə olmasa da, saxlamağa imkan verir. Yəni satışımız ac qalmadan yaşamağa imkan verir və qəzetin digər xərclərini də çətiniklə də olsa, çıxarır. Biz qəzetin gələcəkdə daha böyük tirajla çıxması üçün çalışırıq ki, sırf satışla, halal, təmiz yolla özümüzü saxlaya bilək. Amma bəzi məmurlar qəzet yayımı ilə məşğul olan firmalara, konkret olaraq, "Metroservis" və "Qasid" Mətbuat Yayımı firmalarına qeyri-rəsmi şəkildə tapşırıq veriblər ki, qəzetimizin satışdan gələn pul vəsaitini nağd ödəməsinlər, bank hesabına köçürsünlər. Bank hesabımıza isə dediyim kimi, Vergilər Nazirliyi yanında Audit Departamentinin saxta qərarı ilə həbs qoyulub. Həmin tapşırıqdan sonra firmalar bizimlə nağd hesablaşmaqdan imtina ediblər. Satışdan gələn pulu bank hesabımıza köçürürlər. Hesaba həbs qoyulduğundan o pulları ala bilmirik.
Yayım firmaları son vaxtlara kimi bizimlə, ümumiyyətlə, bütün qəzetlərlə nağd şəkildə işləyiblər. Hesab edirəm ki, bu cür də davam etməlidir. Çünki həmin firmaların satış məntəqələri satılan qəzetlərin pulunu onlara nağd şəkildə ödəyirlər. Əgər mən istehsalçıyamsa, qəzetimin pulunun bank hesabına köçürülməsi, yoxsa nağd şəkildə ödənilməsi məsələsində mənim istəyim nəzərə alınmalıdır. Yayım firmaları isə "yuxarıdan" gələn tapşırıqla zorən satışdan bizə çatacaq pulu bank hesabına yönəldirlər. Bu və digər sünii şəkildə yaradılan əngəllər nəticəsinldə bu gün "Gündəm Xəbər"in mətbəələrə 3000 manatdan artıq borcu yaranıb. Mən bu borcun altından çıxmaq imkanında deyiləm.
Bəzi məmurlar elə hesab edirlər ki, "Gündəm Xəbər" qəzeti də bir sıra qəzetlər kimi hansısa mənbələrdən maliyyələşir. Amma qətiyyən belə deyil. Kiminsə buna şübhəsi varsa, hansısa nazir, məmur və ya müxalifətçinin mənim qəzetimə kömək etdiyini düşünürsə, mənə bildirsin, həmin məmurun və ya şəxsin fəaliyyətindəki nöqsanları ən sərt şəkildə tənqid edim. Çünki faktiki olaraq, heç kim bizə kömək etmir, heç kimin qarşısında öhdəçiliyimiz yoxdur və olmayacaq. Amma elə qəzetlər var ki, ona sponsorluq edən şəxslərlə bağlı yazı yazmır. "Gündəm Xəbər"ə indiyə kimi ölkənin müxtəlif şəhər və rayonlarından minlərlə insan şikayət edib. Bir nəfər də deyə bilməz ki, biz kiminsə şikayətini dərc etməmişik. Demək olar ki, bütün nazirliklərlə və dövlət qurumları ilə bağlı şikayətlər olub və biz onları obyektiv şəkildə araşdırıb işıqlandırmışıq. Bu da bir daha göstərir ki, biz heç kimə bağlı deyilik, tam müstəqlik və müstəqilliyimizi əlimizdən almaq üçün məmurlar qəzetimizə qarşı hücuma keçib bizi çökdürmək istəyirlər.

- Konkret hansı məmurlardan söhbət gedir?
- Qəzetimizə qarşı təzyiqlərin arxasında Prezident Adminstrasiyası ictimai siyasi şöbənin müdiri Əli Həsənov dayanır. Əli Həsənov bizim cərimə olunmağımız, bank hesabımıza həbs qoyulması, qəzetimizin yayımına əngəllər törədilməsinin birbaşa sifarişçisidir. Qəzetimizin çökdürülməsində maraqlı olan bir nömrəli şəxs Əli Həsənovdur. O istəmir ki, biz onun qurduğu işlərlə bağlı nəsə yazaq, onun fəaliyyətini tənqid edək. Əli Həsənov belə şeylərə çox dözümsüzdür. Elə dözümsüz olduğuna görə də qəzetimizə qarşı təzyiq kampaniyasına start verdi. Bunlar hətta məni həbs etdirmək istəyirdilər. Əli Həsənovun təsiri altında olan Mətbuat Şurası mənimlə əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Bu müraciətin arxasında məni həbs etdirmək məqsədi dururdu. Amma müraciət əsaslı deyildi. Çünki kim tərəfindən Mətbuat Şurasına şikayət edilmişdi, Mətbuat Şurası hansı ərizə əsasında məndən sözügedən idarəyə şikayət etmişdi, bunlar yox idi. Şuranın müraciətinin arxasında fakt və arqumentlər dayanmırdı. Təbii ki, Azərbaycanda dövlət məmurlarının hamısını pisləmək haqsızlıq olardı. Dövlət məmurları arasında öz obyektivliyini, düzgünlüyünü qoruyan insanlar da var. Onlar bizim həbs olunmağımızla bağlı heç bir addım atmadılar. Çünki dediyim kimi, Mətuat Şurası tərəfindən verilən şikayət əsassız idi. Bu şikayət təmin olunmasa da, Vergilər Nazirliyi Əli Həsənovun sifarişini yerinə yetirdi, haqqımızda saxta qərar çıxardı, hesabımıza həbs qoydu. Bütün bunlar bizə ciddi çətinliklər törədir, artıq qəzetimizin dayanmaq təhlükəsi var. Buna baxmayaraq, biz öz yolumuza sadiq qalacağıq.
Mən fürsətdən istifadə edib üzləşdiyimiz çətinliklərlə bağlı qəzetimizin oxucularına müraciət etmək istəyirəm ki, biz bu gün bir qrup məmurun ciddi təzyiqlərinə məruz qalmışıq. Mən oxucularımızı qəzetimizə dəstək nümayiş etdirməyə çağırıram. İmkanlı oxuculardan xahiş edirəm ki, səyyar qəzet satıcılarına müraciət edib "Gündəm Xəbər"i bir-bir yox, üç-üç, dörd-dörd alsınlar və imkansız oxuculara da təqdim etsinlər. Belə bir obyektiv qəzeti araya-ərsəyə gətirmək çox çətindir. Mən bunu özümüzü tərifləmək üçün demirəm. Reallıq budur. Oxuculardan xahiş edirəm ki, qəzetimizin dayanmasına imkan verməsinlər, qoy bizə maliyyə sanksiyaları tətbiq edib qəzetimizi iqtisadi cəhətdən çökdürmək istəyənlərin arzusu gözündə qalsın. Söhbət Azərbaycanda müstəqil, obyektiv və cəsarətli bir qəzetin ayaq üstə dayanmasından gedir. Biz redaksiyada bir neçə nəfərik, amma bu qəzet minlərlə insanın hüquqlarını müdafiə edir, şikayətlərini ictimailəşdirir. Ona görə də imkan dairəsində bu qəzeti qorumaq lazımdır ki, Əli Həsənov kimi məmurların ayğının altında əzilməsin.

- Yeri gəlmişkən, son vaxtlar müstəqil qəzetlərin çökdürülməsi üçün onların yayımına da ciddi maneələr var. Bu baxımdan "Gündəm Xəbər" hansı çətinliklərlə üzləşib?

(davamı var)

Zöhrab – “GÜNDƏM XƏBƏR”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Bu gün, 14:30
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 14:26
“Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” - Şəmil Sadiqdən qalmaqallı açıqlama
Bu gün, 14:23
Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış - TƏFƏRRÜAT
Bu gün, 14:19
Hüseyndən Zaur Kamala: - "Pulumu qaytar, 1500 manat..."
Bu gün, 14:09
Zaur Kamaldan dələduzluq xəbərdarlığı - "Oğlumun adından..."
Bu gün, 14:08
Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 14:05
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 14:03
Qaqauz Yerində gərginlik böyüyür: - Türk Dünyası Gənclər Birliyindən Moldovaya sərt ittihamlar
Bu gün, 13:14
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
Bu gün, 13:12
Qadağa aradan qaldırıldı: - Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Bu gün, 12:19
Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək
Bu gün, 12:11
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
Bu gün, 12:10
214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55
"Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54
“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49
Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41
"Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26
"Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24
Məhkəmə həbsdə olan şirkət rəhbərinin cəzasını azaltdı - TƏFƏRRÜAT
Bu gün, 11:23
Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib
Bu gün, 11:06
“Azərbaycan-Rusiya münasibətlərində ciddi məsələlərdə fikir ayrılıqları qalmaqdadır” - ŞƏRH
Bu gün, 11:04
Silahlı “Artsax” batalyonu Putinin əmrində - Kreml separatçıları "PASLANMAĞA" qoymur...
Bu gün, 11:00
İlk oxunuşda qəbul olunan qanun layihəsinə qiymətləndiricilərdən təkliflər - AÇIQLAMA
Bu gün, 10:57
Naxçıvanda hakimiyyət uğrunda SAVAŞ: “Şərq qapısı”nın çapı DAYANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
İran ABŞ ilə anlaşma memorandumunun ləğv olunduğunu elan etdi - IRIB
Bu gün, 10:42
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:40
“11 yaşlı qızımın şəklini göndərib "qulaqları şəlpədir" dedilər” – Taleh Yüzbəyovdan açıqlama
Bu gün, 10:35
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, amma anti-Rusiya koalisiyasında yer almırıq, sanksiyalara qoşulmuruq" - deputat
Bu gün, 10:33
Qaqauziya təhlükədə: Bakı və Ankara nə edə bilər? - AKTUAL
Bu gün, 10:32
“Belə avtomobillərlə heç yerə getmərəm...” - Zatən belə avtomobillər də adamı harasa aparmır...
Bu gün, 10:17
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:57
"Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq..." - AXI NİYƏ?
Bu gün, 09:54
Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib - “Nikkei” qəzeti
Bu gün, 08:12
Bu, Rusiyaya müharibə elan edilməsinə bərabərdir - Mema
Bu gün, 08:10
Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı - GƏLİŞMƏ
Bu gün, 08:09
AAYDA-nın bu idarəsində NƏ BAŞ VERİR? - İLGİNC FAKT
Bu gün, 08:06
"AzParking" qalmaqalı: Pulu nəğd alırlar - Ödəniş sistemi işləmir, yoxsa?
Bu gün, 07:55
Siraqəddin Cabbarov şikayətçiləri qovur - NARAZILIQ VAR...
Bu gün, 07:51
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bu gün, 07:37
SEPAH qələbəyədək ABŞ bazalarına hücumların davam edəcəyini açıqlayıb - IRNA
Bu gün, 07:35
"Cənab Peskov, Əliyevin bu münasibətində yanlış olan nədir ki?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Tərbiyəsiz MOTSART...
Bu gün, 07:16
Astroloqdan iddia: - Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
Bu gün, 07:04
Tramp Baydenin qərarını dəyişdi: Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir - GƏLİŞMƏ
Bu gün, 07:02
Siyasətdə istefalar adi haldır, AMMA... - ŞƏRH
Bu gün, 07:00
"Niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" - REAKSİYA
Bu gün, 06:56
Rövşən Rzayevin qəbulunda oldum... VƏ... - TƏƏSSÜRAT
Bu gün, 06:44
Paris-İrəvan BACILIĞI.... - Səmimiyyət, yoxsa siyasət?
Bu gün, 06:35
38 il əvvəl bu gün bir qəhrəman dünyaya göz açdı... - ANIM
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru