AZƏRBAYCANDA YENƏ ƏSGƏR ÖLÜMÜ BAŞ VERİB...
Tarix: 18-01-2012, 12:37 |
Çap et
BİR ƏSGƏRİMİZ 3 ƏSGƏRİMİZİ GÜLLƏLƏYİB
Azərbaycan Ordusunda ölümlə nəticələnən hadisə baş verib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Hadisə bu gün “N” saylı hərbi hissədə qeydə alınıb.
Məlumata görə, əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.