ƏVƏZ ZEYNALLININ HƏBS MÜDDƏTİNİ UZATMAQ İSTƏYİRLƏR
Tarix: 17-01-2012, 12:31 |
Çap et
BU GÜN BAŞ REDAKTORUN MƏHKƏMƏSİDİR
Bu gün saat 4-ə Nəsimi Rayon Məhkəməsində Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçiriləcək. Ə. Zeynallının vəkili Məsum Bayramovun sözlərinə görə, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi baş redaktorun həbs - qətimkan tədbirinin müddətinin daha bir ay uzadılması barədə məhkəmədə vəsatət qaldırıb.
“Xural” qəzetindən verilən məlumata görə, Ə. Zeynallının müdafiəsini gücləndirmək məqsədi ilə işə əlavə vəkil cəlb edilib. Bundan sonra Ə. Zeynallının hüquqlarını vəkillər Elçin Sadıqovla Məsum Bayramov müdafiə edəcək.
Qeyd edək ki, Ə. Zeynallı 2011-ci ilin oktyabrın 28-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə. Zeynallı barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.