BAKIDA TÜRKİYƏLİNİ TALADILAR
Tarix: 14-01-2012, 12:09 |
Çap et
50 MİN DOLLARLIQ QIZILI APARAN SƏBİNƏ ORUCOVA YAXALANIB
Azərbaycanda Türkiyə vətəndaşının evindən külli miqdarda qızıl oğurlanıb.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Hadisə yanvarın 13-də İnşaatçılar prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Türkiyə vətəndaşı Güvən Lokmanın mənzilindəki seyfdən açar seçmə yolu ilə 50 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Orucova dünən tutulub.