AXCP SABİRABADI QARIŞDIRDI
Tarix: 14-01-2012, 11:19 |
Çap et
PARTİYANIN ZONA MÜŞAVİRƏSİNİ POLİS ƏNGƏLLƏMƏYƏ ÇALIŞIR
“Artıq Sabirabadda tuthatut başladı. Bu gün burada AXCP zona müşavirəsi keçiriləcək. Yarım saat əvvəl AXCP Sabirabad şöbəsinin fəalı İsmayılov Əlqulu polislər tərəfindən saxlanıldı.”
“Qafqazinfo”nun məlumatına görə, bu informasiya Facebookda “Xilas” qrupunda AXCP Sabirabad tərəfindən yayılıb.
Qeyd edək ki, bu gün AXCP-nin Sabirabadda zona müşavirəsinin keçirilməsi nəzərdə tutulub.