TANINMIŞ BƏSTƏKARIN DURUMU AĞIRDIR
Tarix: 13-01-2012, 13:04 |
Çap et
ELZA İBRAHİMOVA İNSULT KEÇİRİB
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Elza İbrahimova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Vesti.az”ın yaydığı məlumata görə, mərkəzin intensiv terapiya şöbəsinin həkimi Zemfira Vahidova bəstəkarın insult keçirdiyini və vəziyyətinin ağır olduğunu bildirib.
Həkimlər Elza İbrahimovaya beynin qan dövranını pozulması diaqnozunu qoyublar. Hazırda bəstəkar həkim nəzarəti altındadır.