“AZERCELL”İ KİMLƏR QORUYUR?
Tarix: 11-01-2012, 12:31 |
Çap et
“AZTELEKOM”UN “AZERCELL”Ə QARŞI İDDİASI TƏMİN OLUNMAYIB
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Aztelekom” İstehsalat Birliyinin (İB) “Azercell” MMC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, məhkəmə İB-nin iddiasını təmin etməyib.
Qeyd edək ki, “Aztelekom” “Azercell” MMC-nin ona borcu olduğunu iddia edərək, məhkəməyə müraciət edib. “Aztelekom” məhkəmə qərarından apellyasiya şikayəti verib.