Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                     Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb .....                     Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: .....                     Dövlət Xidməti avtomobillər aldı .....                     Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı .....                     Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır .....                     Atanın qətlini gizlətmək üçün bu planı qurublar .....                     "Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" .....                     Paşinyan erməni cəmiyyətinə deyir ki... .....                     Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ .....                     28 günlük paketi necə "aylıq" adlandırmaq olar? .....                     Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                 

QORXMAZ HÜSEYNOVU KİM DEVİRMƏK İSTƏYİR?
Tarix: 21-08-2013, 16:37 | Çap et
QORXMAZ HÜSEYNOVU KİM DEVİRMƏK İSTƏYİR?
Azərbaycan su ehtiyatlarına görə çox zəngin deyil. Bu hamıya bəlli realıqqdır. Yəni qonşu Gürcüstanla və digər ölkələrlə müqayisədə bizim şirin su ehtiyatlarımız o qədər də çox deyil. Ona görə də həmişə ölkəmizdə şirin su-içməli su problemi olub. Suyun insan həyatındakı rolu barədə isə uzun-uzadı danışmağa ciddi ehtiyac görmürük. Bunu adi insanlar da bilir. Ona görə də zaman-zaman bu problemi həll etmək üçün müxtəlif cəhdlər olsa da konkret iş görülməyib. Ölkəmizin paytaxtı Bakı şəhəri isə, ümumiyyətlə, şirin su cəhətdən həmişə böyük problem yaşayıb. Milyonlarla əhalisi olan şəhərin su problemi həmişə axsayıb. Bakı şəhəri keçən əsrin əvvəllərində ancaq quyuların və kəhrizlərin hesabına çətinliklə su ehtiyacını ödəyib.

Azərbaycan tarixində 3 dəfə içməli su problemini həll etmək üçün konkret addımlar atılıb.

İlk dəfə keçən əsrin əvvəllərində rəhmətlik messenant, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakının su problemini həll etmək üçün öz şəxsi vəsaiti hesabına Şollar suyunu Bakıya gətirib. Bu uzun müddət əgər belə demək mümkündürsə paytaxtın su tələbatını ödəyib. Ancaq sonradan zavodların, fabriklərin tikilməsi, əhalinin sayının durmadan artması yenidən su problemi yaradıb. Bunu hiss edən o zamanki birinci katib Heydər Əliyev ötən əsrin 70-ci illərində Kür çayının suyunu Bakıya gətirməklə paytaxta yenidən nəfəs verdi. Və az qala 2 milyonluq sənaye şəhəri olan Bakı yenidən suya olan tələbatını ödəyə bildi. Ancaq zaman keçdikcə suya olan tələbat artmaqda davam edirdi. Həm də keyfiyyətli suya xüsusi ehtiyac vardı. Bu layihə isə indiki prezident cənab İlham Əliyevin dönəminə düşdü. İlham Əliyev cənablarının sərəncamı ilə yüksək miqdarda vəsait ayrıldı və Qəbələ su kəməri ilə paytaxtımıza çox keyfiyyətli su axmağa başladı. Bununla da paytaxt əhalisinin keyfiyyətli suya olan tələbatı demək olar ki, ödənildi. Ancaq bəzi məmurlar problem yaratmasaydı hər şey qaydasında olacaqdı.

Yenə məmur problemi özünü göstərdi. Ölkə başçısının humanist addımı, səyləri, yüksək miqdarda dövlət vəsaiti hesabına çəkilən kəmərlə paytaxta gətirilən su kimlərinsə qazanc mənbəyinə çevrildi.

Ölkənin keyfiyyətli su tələbatının ciddi olduğunu nəzərə alan Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli Sərəncamı ilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyində dəyişiklik oldu və Qorxmaz Hüseynov quruma sədr təyin edildi.

İlk vaxtlar hamı düşünürdü ki, qurumda ciddi islahatlar aparılacaq və əhalinin su ilə təminatında yaranan fasilələr aradan qaldırılacaq. Həqiqətən də rəhbər dəyişikliyindən sonra pis-yaxşı iş görülməsi görüntüsü yaradılmağa başladı. Ancaq hamısı görüntü idi. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq yenə də əhalinin su ilə təminatında fasilələr var. Su ilə bağlı sayğacların quraşdırılmasında əhali ilə narazılıq yaranır. Qanunsuz tikililərə su vermək üçün ev sahiblərindən xeyli miqdarda rüşvət alınır. Hansı ki, həmin qanunsuz tikililərdə vətəndaşların yaşaması yetərlidir ki, həmin evlərə qanuni əsalarla su verilsin və su haqqı yığılsın. Bəli, qanunsuz tikililərin su ilə təminatı əsl qazanc mənbəyidir. Nəzərə almaq lazımdır ki, qanunsuz tikililərin sayı isə yüz minlərlədir. İndi xırda bir hesablama ilə ortada olan rüşvətin miqdarını asanlıqla müəyyən etmək olar.

Digər tərəfdən bu gün paytaxt Bakıda yüzlərlə, bəlkə də minlərlə adına "moyka” deyilən avtoyuma məntəqələri var. Hər gün həmin "moyka”lar minlərlə kubmetr su sərf edir və xeyli qazanc əldə edirlər. Ancaq Qorxmaz Hüseynovun rəhbərlik etdiyi "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yerli rayon şöbələrinin rəisləri həmin "moyka” sahibləri ilə danışaraq gəlirləri yarbayarı bölürlər. Ortada dövlətin vəsaiti dağıdılır, əhali isə su üzünə həsrət qalır.

Birincisi, biz "moyka”ların fəaliyyət göstərməsinin əleyhinə deyilik. Ancaq ilk öncə əhalinin su təminatı ödənilməlidir, sonra "moyka”lar. Digər tərəfdən bu qədər "moyka”dan çox cüzi pul yığılır. Axı, hər bir "moyka” az qala hər gün bir binanın əhalisi qədər su sərf edir. Görəsən, bu pullar kimin cibinə gedir, cənab Qorxmaz Hüseynov..?

Digər maraqlı obyekt şəxsi çörək sexləridir. Bu çörək sexlərində də hər gün kifayət qədər su sərf olunur. Ancaq yenə "moyka”larda olan kimi. "Azəsu”nun yerli şöbələri çörək sexlərinin sahibləri ilə danışır, su sərfi cüzi göstərilir, qalan pul isə bölünür. Bundan da Qorxmaz Hüseynovun xəbəri yoxdur..?

Bu gün az qala hər küçədə, hər tində biskvit sexləri, makaron-un məmulatları sexləri fəaliyyət göstərir. Bunlarda da xeyli su sərfi var. Ancaq həmin sexlər də "Azərsu” ilə sövdələşmə əsasında işləyirlər. Bu sexlərin sahiblərinə verilən su puluna diqqət etsək adamı gülmək tutar. Axı, bu pulların hamısı dövlətin büdcəsindən oğurlanır, cənab Qorxmaz Hüseynov..?

Axı, bu suyun Bakıya gətirilməsinə dövlət 1 milyarddan artıq pul sərf edib. Digər tərəfdən yayın istisində elə qəsəbələr var ki, su üzünə həsrətdir.

Başqa bir problem. Bir də görürsən ki, "Azərsu”ya məxsus su turbaları deşilib, ya da partlayıb. Və günlərlə su beləcə küçə boyu axıb gedir. Axı, bu suyun həsrətində olan insanlar var. Əgər su xəttində qəza olubsa bir-iki saata qəza xidməti orada olmalıdır. Ancaq əksər hallarda bu müddət günlərlə uzanır, bu isə böyük su itkisi deməkdir. Hətta bəzən su satan maşınlarla razılaşma əsasında bəzi ərazilərin suyu bilərəkdən kəsilir ki, əhali suyu hansısa möhtəkirlərdən pulla alsın və sonra bölüşsünlər. Bəli, su alverçiləri ilə "Azərsu”nun əməkdaşları belə yola da əl atırlar.

Başqa bir problem. "Azərsu” işçilərinin maaşını günlərlə, bəzən aylarla gecikdirir. Dəfələrlə mətbuatda bu problemlə bağlı yazılar dərc olunub. Mətbuatda bu barədə yazılan kimi işçiləri çağırıb bir ayın maaşını verirlər, qalan vaxtın əmək haqqısı isə qalır. Şikayətə görə isə işçiləri güdürlər ki, kim qəzetlərə material ötürsə işdən qovun.

Ən biabırçı hal odur ki, "Azərsu” öz işçilərini qanunsuz olaraq istirahət günlərində, hətta bayram günlərində də işlədir. Ancaq artıq günlər üçün pul ödəmir. Daha doğrusu, pul yazılır ancaq başqa şəxslərin cibinə gedir.

Axı, yüzlərlə, minlərlə işçini istirahət günləri, bayram günləri işlədib onun pulunu verməmək əsl cinayətdir.

Digər ən biabırçı hal odur ki, "Azərsu”nun işçiləri həftəboyu müxtəlif məmurların bağlarında, villalarında, əkin sahələrində, təsərrüfatlarında pulsuz-parasız işlədilir. Bu daha çox istirahət günləri edilir. Etiraz edənləri isə işdən qovurlar. Bu rəzalətdir. Guya bunları Qorxmaz Hüseynov bilmir..?

Bəzi qəsəbələrdə çəkilmiş kanalizasiya sistemləri bir az yağış yağan kimi dolub daşır və infeksion xəstəliklər yayılır. Bəs, dövlətin kanalizasiya xətlərinin çəkilməsi üçün ayırdığı milyonlar hara gedir..?

Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə "Azərsu” ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları üstünlük təşkil edir. Sanki Qorxmaz Hüseynov "Azərsu”nu ailə podratına götürüb.

Görünür, Qorxmaz Hüseynovun "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan xəbəri yoxdur. Bu proqramın həyata keçirilməsi üçün dövlət hər il milyonlar ayırır. Ancaq bu pullar hara gedir, bilən yoxdur...

Nəinki kənar qəsəbələr, hətta şəhərin paytaxtı bir az yağış yağan kimi gölə çevrilir, hətta maşınlar hərəkət edə bilmir...Bunları Qorxmaz Hüseynov görmür..?

Digər bir problem odur ki, "Azərsu”yun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, yəni Qorxmaz Hüseynov vəzifəyə təyin olunandan sonra yaranıb. Axı, 3 illik təcrübəsi olmayan təşkilatlar bu prosesdə iştirak edə bilməz. Deməli, bunların çoxu Qormaz Hüseynovun qohumlarına məxsusdur.

Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri xüsusi imtiyaz sahibləridir, qanun onlara aid deyil?

Bəlkə, "Azərsu” rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər?

Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bir çoxunun sahibləri "Azərsu” prezidenti Qorxmaz Hüseynovun yaxın dost-tanışlarıdır.

Əslində qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. Bax, beləcə bütün qaydalar, qanunlar pozulur. Amma guya bunlardan Qorxmaz Hüseynovun xəbəri yoxdur.

"Azərsu”nun podratçı təşkilatlarından biri olan "Sənaye Tikinti-M” MMC-nin təsisçisi - Hüseynov Məhəmməd Cavanşir oğlu "Azərsu” prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumudur.

В«Hidro-İnşaat ServisВ» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC qeydiyyatdan keçəndən cəmi bir neçə ay sonra В«AzərsuВ»yun layihələrinə cəlb olunub. В«AzərsuВ» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə В«Hidro-LotusВ» MMC-dir. В«Hidro-LotusВ» MMC, В«Hidro-İnşaat ServisВ» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. В«Hidro-LotusВ» MMC-nin 70 faizi В«Hidro-İnşaat ServisВ»ə, 30 faizi isə Türkiyənin В«Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik və Taşimacilik Anonim ŞirketiВ»nə (qısaca В«LotusВ») məxsusdur.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz Qorxmaz Hüseynovun qaynına tapşırılıb.

"Azərsu”nun prezidenti Qorxmaz Hüseyovun tabeçiliyində olan "Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədovun əməllərindən isə danışmağa dəyməz.

Bu MMC regionlarda əhalinin suya olan tələbatını ödəmək üçün yaradılıb. Bütün rayonlarda su kanallarının çəkilməsi, su artezianlarının vurulması Etibar Məmmədovun vəzifəsinə aiddir. Ancaq bu məsələdə qətiyyən şəffaflıq yoxdur. Rayon su kanalı iradələrinin müdirləri hər ay Etibar Məmmədovun yanına "hesabat”a gəlirlər. Qazılan artezianlara xərclənən pullar, su kanallarının çəkilməsinə sərf olunan vəsait dəfələrlə şişirdilir. Hətta çəkilən su xətləri, qazılan artezianlar o qədər başdansovdu olur ki, bir müddət sonra işləmir. Əhali isə su ilə normal təmin olunmur. Ortada dövlətin milyonları göyə sovrulur. Daha doğrusu ciblərə gedir.

Bu gün Etibar Məmmədov o qədər zəngin adama çevrilib ki, "Azərsu”nun prezidenti olmaq fikrinə düşüb. Hətta özü üçün Yasamal rayonunda, LİDER telekanalının yanında möhtəşəm bir ofis tikdirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
Azərbaycanda Qurban bayramı qeyd edilir
Bu gün, 00:15
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Dünən, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Dünən, 12:32
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Dünən, 12:28
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Dünən, 12:08
Paşinyandan II Qaregini növbəti ifşa
Dünən, 12:03
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Dünən, 11:55
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Dünən, 11:50
Məhkəmə binasında insident - Uşaqlarını görmək istəyən anaya bıçaq atılıb
Dünən, 11:46
"Hədlərini aşırlar, yerlərini bilsinlər"
Dünən, 11:37
Məlahət İbrahimqızı: “QHT biznesi lideri” - SENSASİON MƏLUMAT
Dünən, 11:33
Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Dünən, 11:29
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Dünən, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru