"Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                 

MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN
Tarix: 9-01-2012, 10:28 | Çap et
MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN

PA RƏHBƏRİNİN ANTİ-KORRUPSİYA KOMİSSİYASI GƏRƏKSİZ QURUMA ÇEVRİLİB

DİA.AZ: - Ötən ilin ən böyük rezonanslarından sayılan hakimiyyətin В«korrupsiyaya cihadВ» elanından bir il ötür. Ötən ilin bu günlərində, konkret olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirdi.

Mehdiyevin dilindən səslənən müxalif fikirlər

O zaman yayılan rəsmi xəbərd görə Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmamazlıqlara yönəldərək bildirib: В«Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdırВ». Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın olmadığını, sahibkarlığın inkişafı üçün cənnət yaradıldığını illərlə gözə soxan bir iqtidarın ən yüksək ranqlı şəxsinin dilindən bu fikirlərin səslənməsi sensasiya sayılırdı. Hakimiyyət korrupsiyanın mövcudluğunu rəsmən etiraf etdi.

Ramiz Mehdiyev həmçinin bildirmişdi ki, Prezident Administrasiyasına və komissiyaya mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nöqsanları barədə çoxsaylı şikayətlər göndərilir. O, həmin şikayətlərin məzmununu bu cür təqdim etmişdi: В«Sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlarВ».

Toplantıda sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əsasız yoxlamalar son qoyulması ilə bağlı fikirlər səslənmişdi. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi, dövlət başçısının tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halların aradan qaldırılması ilə bağlı təkliflər, müxtəlif dövlət orqanlarına tapşırıqlar verilmişdi. Amma nə o zaman nə də ötən bir il ərzində heç bir rəsmi məlumatda konkret hansı dövlət orqanlarına nələr tapşırıldığı haqqında konkret məlumatlar verilmədi.

Günahkar məsul şəxslər kimdir?

Hakimiyyət sanki yuxudaymış, birdən ayılıb korrupsiyanın ölkəni başına götürdüyünü gördü. Halbu ki, məhz Ramiz Mehdiyevin rəhbərliyi altında 6 ilə yaxın idi ki bu neqativ hallara qarşı mübarizə aparmaq üçün komissiya fəaliyyət göstərirdi.

Komissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neçə deputatı daxildir. Komissiya üzvləri bunlardır:

Prezident tərəfindən təyin edilənlər
Ramiz Mehdiyev - Komissiyanın sədri, Azərbaycan respublikası Prezidentinin Administrasiyasının rəhbəri;
Ramil Usubov - Azərbaycan Respublikasının Daxili işlər naziri;
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri;
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
Eldar Mahmudov - Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri
Milli Məclisi tərəfindən təyin edilənlər
Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini;
Əli Əhmədov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İcra Katibi;
Lətif Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri;
Əli Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Konstitusiya Məhkəməsi tərəfindən təyin olunanlar
Fərhad Abdullayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri;
Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri;
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru;
Ramiz Rzayev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
İnam Kərimov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi.

Korrupsiyaya yol açan anti-korrupsiya qurumu

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası В«Korrupsiyaya qarşı mübarizə haqqındaВ» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirməliydi.

Əslində isə bu komissiyanın yaradılmasının özü korrupsiyaya rəvac vermək idi. Çünki korrupsiyaya yol vermək cinayətdir və Azərbaycan konstitusiyasına görə isə cinayətkarlığa qarşı mübarizə aparan cinayət təqibi orqanları var. Bu orqanlar polisdir, prokurorluqdur, milli təhlükəsizlik orqanları və məhkəmədir. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yaradılması əslində korrupsiya cinayətlərini həmin cinayət təqibi orqanlarının nəzarətindən çıxarmaq və müəyyən bir məhdud çərçivəyə salmaq idi ki, ora nə polisin, prokurorun, milli təhlükəsizlik orqanının müdaxiləsi olmasın.

15 nəfərin əvəzinə bir akademik

2004-cü ilin 13 yanvarında Qanunla mübarizəsinə start verilən antikorrupsiyanın 2005-ci ildə təsdiqlənən Əsasnaməsinə 2008-ci ilin 30 oktyabrında В«dəyişiklikВ» edilib. Bu dəyişikliyə əsasən 10-cu maddəni İlham Əliyevə beləcə imzalatdırıb: В«Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarlarını iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri qəbul edə bilərВ».

Bu əndrəbadi cümlənin məğzi ondan ibarətdir ki, onsuz da əhəmiyyətsiz bir qurum olan Korrupsiyaya qarşı mübarizə Komissiyası Ramiz Mehdiyevdən ibarətdir. Əslində, Komissiyada təmsil olunan 15 üzvün 5 nəfərinin nazirdən, 5 nəfərinin Milli Məclisdən və 5 nəfərinin Konstitusiya Məhkəməsindən təyin edilməsinin özü cinayətkarları mühakimə edəcək В«hakimlərВ» haqda təsəvvür yaradır. Amma görünür, Ramiz müəllim Komissiya üzvlərinin 6 aydan bir yığışmasına ümumiyyətlə, ehtiyac görməyib!

Antikorrupsiya Qanun və Əsasnaməsinin ildən-ilə dəyişməsi ölkədəki ictimai-siyasi və korrupsiya məntiqinə uyğundur: 2004-cü ildə - hakimiyyət ötürülməsinin ilk ilində korrupsiyaya qarşı nəsə yaradır, 2005-ci ildə - parlament seçkiləri öncəsi В«nəsəninВ» Əsasnaməsi təsdiq edilir, 2008-ci il oktyabrın 30-da, prezident seçkilərindən sonra və ölkəyə külli miqdarda neft pullarının axmasından, iri-iri layihələrə yekə-yekə pulların xərclənməsi prosesinə başlanılmasından sonra В«nəsəВ» faktik olaraq ləğv edilir, Komissiya üzvləri rahat-rahat öz işləriylə məşğul olmağa göndərilir. Zatən, kimsəyə ehtiyac yox - korrupsiyaya akademik Mehdiyev şəxsən nəzarət edəcək!

Prezident Mehdiyevi necə ifşa etdi?

2011-ci ildə, heç gözlənilmədən, tarappıltıyla Korrupsiyaya qarşı Komissiyanın iclası çağırıldı və sədr Ramiz Mehdiyev bildirdi ki, iclas İlham Əliyevin tapşırığı əsasında çağırılıb. Niyə? Əvvəla, Komissiya var, Əsasnaməsi yaradılıb, Dövlət Proqramları qəbul olunub, bu azmış kimi antikorrupsiya üzrə Milli Strategiya müəyyənləşib, 6 aydan da bir prezidentə məruzə olunur (və ya olunmalıdır). İclasın çağırılmasını niyə prezident tapşırmalıdır? Komissiya özü niyə işləmir?

Əslində ötən bir il dəbdə olan antikorrupsiya şousu həm də o demək idi ki, rəsmi starta qədər ölkədə korrupsiyaya qarşı heç bir mübarizə olmayıb. Bu an isə göz önünə ilk olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya gəlir. Mehdiyev uzun illərdir ictimai rəyi formal manipulyasiya etmək üçün yaradılmış, hətta korrupsiyadan şikayət edənlərin ərizələri vasitəsilə siyahılaşdırılması məqsədilə formalaşdırılan bir quruma rəhbərlik edib. İlham Əliyev bir sərəncamla açıq-aşkar şəkildə göstərdi ki, Ramiz Mehdiyev ya ölkənin talanmasına başçılıq edib, ya da bu talançılığa göz yumub. Bu tam rəsmi nəticədir. Həm də yeganə nəticə deyil.

Qaçılmaz sonluq

Mehdiyevin rəhbərlik etdiyi komissiya ilə paralel bu illər ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərib. Ötən dövr ərzində idarə 480 nəfər barəsində cinayət işi qaldırıb. Son beş il ərzində 480 nəfər barəsində 265 cinayət işinin istintaqı aparılıb ki, həmin işlər tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Ötən ilin ilk 6 ayı ərzində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya ilə bağlı 360-dan çox müraciət daxil olub. Müraciətlərə əsasən 87 fakt üzrə cinayət işi başlanıb. İdarə rəisi ötən il bu rəqəmin 69 olduğunu açıqlayıb.

Tək bu müqayisə onu göstərir ki, Ramiz Mehdiyevin hakim komandaya nəzarət imkanlarını artırmaqdan başqa heç nəyə xidmət etməyən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ləğv edilə bilər. Artıq hakimiyyətdə bu barədə ciddi müzakirələr başlayıb. Bu məsələdə xüsusilə Ramiz Mehdiyevin əleyhdarları fəallıq göstərir. Onlar ən pis halda Komissiyanın PA rəhbərinin nəzarətindən çıxarılmasına çalışır.

Heç kəsə sirr deyil ki, Ramiz Mehdiyev 2004-cü ildə yaradılan Komissiyanın rəhbəri olmaqla bu statusundan istifadə edərək rəqiblərinə ciddi zərbələr vurmaq imkanına malikdir. Korrupsiya ilə bağlı şikayətlər Komissiyaya daxil olduqda təbii ki, saf-çürük edilir və əsasən Ramiz Mehdiyevə rəqib olan məmurlardan edilən şikayətlərin araşdırılması təmin olunur. Bu baxımdan PA rəhbərinin əleyhdarları Komissiyanın ləğvini istəyir. Onların arqumentlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olduğu halda Komissiyaya ehtiyac yoxdur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru