Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                 

VƏFA QULUZADƏ TƏHLÜKƏDƏN DANIŞDI
Tarix: 15-08-2013, 11:01 | Çap et
VƏFA QULUZADƏ TƏHLÜKƏDƏN DANIŞDI
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında ölkə başçısı Ilham Əliyev iki ölkə arasında hərbi-texniki əməkdaşlığın sürətlə inkişaf etdiyini və artım tendensiyası olduğunu açıqladı. Hazırda iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu deyən dövlət başçısı Azərbaycanın dünyada Rusiya texnikasının alıcısı kimi aparıcı ölkələrdən biri olduğunu da qeyd edib.
Bu arada yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycan Rusiya qarşısında NATO ilə əməkdaşlığa mənfi təsir edəcək öhdəliklər götürüb. Bu razılaşmaların həyata keçməsi isə Azərbaycanın müstəqil dövlət siyasətinin, hərbi-siyasi prioritetlərinin itirilməsi anlamına gələ bilər.
Məlumat təsdiqini tapsa, bu, Azərbaycan üçün hansı təhlükələr yarada bilər?
Politoloq Vəfa Quluzadə Azərbaycanın hərbi qüvvələrinin ləvazimatının 60 faizinin Rusiyadan alındığını, 20 faizinin isə bu ölkədən alınan lisenziyalar əsasında istehsal olunduğunu deyir. Yəni faktiki olaraq Azərbaycan ordusunu Rusiya silahlandırır. Bu baxımdan 4 mlrd dollar heç kəsi təəcübləndirməməlidir. Lakin bu, Azərbaycanın Rusiyadan asılı olduğunu göstərir.
Ekspert Azərbaycanla Rusiya arasında əlaqələrin soyuqlaşması fikri ilə də razılaşmır: “Münasibətlər normal məcrasındadır. Hərbi əməkdaşlıq da Rusiyanı tam təmin edir. Putin dedi ki, Azərbaycanda 500 Rusiya şirkəti çalışır. Bu 500 şirkət Putinlə bərabər gəlməyib, uzun müddətdir burda fəaliyyət göstərirlər. Azərbaycan Rusiyadan Avropa mallarından xeyli ucuz olan külli miqdarda mal idxal edir. Hətta bəzən Azərbaycan Rusiyanın xətrinə dəyməsin deyə başqa ölkələrdən ala biləcəyi məhsulları da Rusiyadan alır”.
Ekspert regionun nəhəng imperiyası olan Rusiyanın Azərbaycanı daima nəzarətində saxlamaq istədiyini də vurğuladı. Bu baxımdan Putinin səfəri vəziyyəti dəyişməyib: “Səfər zamanı nə Gömrük Ittifaqından, nə də Avrasiya Birliyindən söhbət getdi. Bu məsələlər Azərbaycanın suverenliyini itirmək qədər təhlükəlidir. Gömrük Ittifaqında Qazaxıstandan başqa heç kim yoxdur. Nazarbayev də başa düşür ki, bu birlik baş tutmayacaq. Əgər Azərbaycan ora daxil olsaydı, başqa ölkələrə də təzyiq artardı”.
Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanın indiki kövrək vəziyyətindən istifadə etmək istəyir. Azərbaycan da şimal qonşusuna güzəştə gedəcək: “Rusiya və onun müttəfiqləri gərək seçkiləri tanısın. Bu da böyük siyasi dəstəkdir. Ona görə Azərbaycan Rusiyaya çox güzəştlər edir və edəcək. Ancaq suverenlik baxımından Azərbaycan güzəşt edə bilməz. Çünki suverenlikdən verilən pay intihar deməkdir. Buna heç bir iqtidar gedə bilməz və əminəm ki, Azərbaycan iqtidarı bunu etməyəcək”.
NATO ilə münasibətlərə gəldikdə, ekspert Azərbaycanın bu qurumla və digər Qərb strukturları ilə münasibətinin soyuq olduğunu qeyd etdi: “Onlar deyir ki, biz sizin üçün heç bir iş görən deyilik. Bizim insan haqları, inkişaf sahəsində standartlarımız budur. Əgər siz bizim standartlara cavab verəcəksinizsə, biz sizi NATO-ya da, Avropa Ittifaqına da qəbul etməyə hazırıq. Amerikanın balaca Azərbaycana nə ehtiyacı ola bilər. Amerika Rusiyanı arxası üstə qoyub. Ona təhlükə təşkil edən dövlət Çindir. Ona görə ABŞ Sakit okean hövzəsində əməliyyatlar aparır, güclənir, raket-radar stansiyalarını yerləşdirir. Amma Rusiyadan narahat deyil. Bizə də ehtiyacı yoxdur. Bizim onlara ehtiyacımız varsa, gərək o istiqamətə can ataq. Yox, bunu bacarmırıqsa, oturduğumuz yerdə qalaq”.
\ azadlıq.info \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru