GÖYGÖLDƏ 17 YAŞLI OĞLANI BIÇAQLADILAR
Tarix: 6-08-2013, 12:00 |
Çap et
Göygöldə yeniyetmələrin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Sərxan Musayev şəxsi münasibətlər zəminində həmkəndlisi, 17 yaşlı Xəzər Qaraisayevi bıçaqlayıb. X. Qaraisayev döş və qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.