Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                     AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib .....                 

Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Tarix: Bu gün, 08:38 | Çap et

Azərbaycanda yas mərasimlərində ehsan süfrələrinin təşkili illərdir cəmiyyətin müzakirə etdiyi mövzulardan biridir.

Əslində mərhumun xatirəsinə ehtiram və yas sahibinə dəstək məqsədi daşıyan bu ənənə zaman keçdikcə mahiyyətindən uzaqlaşaraq sosial öhdəliyə çevrilib.

Bu gün bir çox yas mərasimlərində ehsan süfrələrinin zənginliyi, təqdim olunan yeməklərin çeşidi və mərasimin təmtəraqlı təşkili artıq diqqət çəkən məqamlardan biridir.

Qonaqlar üçün hazırlanmış menyu bəzən toy süfrələrini belə xatırladır. Halbuki bu süfrələrin arxasında əzizini yenicə itirmiş, ağır mənəvi sarsıntı yaşayan bir ailə dayanır.

Yasın hüznünü yaşayan insanlar, eyni zamanda qonaqları qəbul etmək, süfrə açmaq və bunun xərclərini qarşılamaq qayğısı ilə üz-üzə qalırlar.

Son dövrlər israfçılığın qarşısının alınması və yas sahibi olan ailələrin əlavə xərclərdən qorunması məqsədilə ölkənin müxtəlif bölgələrində ehsan süfrələrinin ləğvi və ya sadələşdirilməsi istiqamətində təşəbbüslər irəli sürülüb.

Bəzi rayonlarda bu qərarlar tətbiq olunsa da, bir çox yerlərdə ənənə əvvəlki qaydada davam edir. Bu isə cəmiyyətdə ehsan süfrələrinin dini zərurət, yoxsa zamanla formalaşmış sosial vərdiş olması ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Yas mərasimləri sadələşdirilməli, yoxsa ləğv edilməlidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ uzun illərdir müzakirə olunur:

“Hesab edirəm ki, bu məsələnin həlli üçün iki əsas yol var. Birinci yol vətəndaşların bu prosesə şüurlu şəkildə yanaşmasıdır. Bu gün insanların əksəriyyəti yas mərasimlərinin ağır yükə çevrilməsindən şikayət edir, narahatlıqlarını dilə gətirir.

Artıq bu məsələnin ciddi şəkildə düşünülməsinə və mərhələli şəkildə həllinə ehtiyac var. İlkin mərhələdə yas mərasimləri sadələşdirilməli, gələcəkdə isə insanların sosial vəziyyəti nəzərə alınaraq bu ənənənin tamamilə aradan qaldırılması istiqamətində addımlar atılmalıdır.

Çünki bunun dində heç bir əsası yoxdur. İslam dinində ölən şəxsin adına yas süfrəsi verilməsi ilə bağlı tələb yoxdur. Bu, dini deyil, əsrlər ərzində formalaşmış bir ənənədir”.

O qeyd edib ki, bu ənənə hazırda cəmiyyətimizdə mövcuddur:

“Bu ənənənin aradan qaldırılması və ya yüngülləşdirilməsi üçün cəmiyyətin özünün səfərbər olması, insanların bu prosesə şüurlu şəkildə qoşulması vacibdir. Düşünürəm ki, məsələnin inzibati qaydada həlli narazılıqla qarşılanacaq və istənilən nəticəni verməyəcək. İnzibati üsullar hər zaman effektiv olmur. Biz çalışmalıyıq ki, insanların bu məsələdən əziyyət çəkməsinin qarşısını alaq".

İlahiyyatçı Tural İrfan isə qeyd edib ki, ölkədə müəyyən bir qrup bir çox adətləri formalaşdırır, yaxud zərərli ənənələrin qarşısının alınmasına imkan vermir:

"Həmin molla təbəqəsi yas mərasimlərində yemək verilməsi ənənəsini də "ehsan" adı altında yayaraq adiləşdirib. Bu gün də həmin adətin davam etməsində maraqlı olduqları üçün onun aradan qaldırılmasına mane olurlar. Halbuki bu, İslamın tələblərinə uyğun deyil.

Dində nə yas mərasimində, nə də dəfn zamanı yemək verilməsi ilə bağlı göstəriş mövcuddur. Əksinə, məzarlıqda və yas yerində yemək yeyilməsi məkruh hesab olunur. Dəbdəbəli yas məclisləri və israfçılıq isə İslamın prinsipləri ilə ziddiyyət təşkil edir.

Bu ənənənin qarşısının alınması üçün din xadimləri düzgün maarifləndirmə işi aparmalı, aidiyyəti dövlət qurumları da bu prosesə dəstək verməlidirlər. Bir tərəfdən yas süfrələrinin əleyhinə çağırışlar edilir, digər tərəfdən isə bahalı menyular təqdim edən böyük mərasim evləri fəaliyyət göstərir.

Belə ziddiyyətli yanaşma ilə istənilən nəticəyə nail olmaq mümkün deyil. Qafqaz Müsəlmanları İdarəsinin yasda yemək verməyin düzgün olmaması barədə fətvası yoxdur. Müvafiq fətva olmalıdır və din xadimləri də buna əməl edib camaatı başa salmalıdırlar ki, daha yasda yemək verməyi yığışdırın.

Lakin nəyəsə görə bəziləri üzdə bu məsələyə razı kimi görünüb, altda isə yasda ehsanın təbliğatını aparırlar. Məhz Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olmalıdır ki, yasda ehsan vermək dinimizdə yoxdur. Xüsusən də israfçılıq, dəbdəbə dinimizdə qadağandır.

Əksər inanclı adamlar dini məsələlərdə din xadimlərini eşidirlər, onları yaslarına dəvət edib dediklərinə əməl edirlər. Ona görə yaslara dəvət alan din xadimləri yas sahibinə yemək verilməməsini şərt qoya bilər. Yaxud yasda növbəti məclis üçün yeməyin olmaması üçün təşəbbüsdə buluna bilər.

Amma çoxu bunu etmir. Xarici təsirdə olan, özlərini din bilgini kimi cəmiyyətə təqdim edən bəzi şəxslər də ümumilikdə bu kimi məsələlərin əksinə çıxış edir, ehsanı təbliğ edirlər. Çünki belə məclislərdə münbit şərait tapıb sətiraltı da olsa camaata öz niyyətlərini çatdırırlar"

O qeyd edib ki xüsusi "ehsan mafiyası" mövcuddur:

"Bu sahədə fəaliyyət göstərən mərasim evləri yüksək qiymətli menyular təqdim edir və bundan ciddi gəlir əldə edirlər. Bu gün Bakıda fəaliyyət göstərən əksər mərasim evlərində, şadlıq saraylarında olduğu kimi, müxtəlif qiymətlərdə menyular təklif olunur.

Bu məsələnin aradan qaldırılması üçün ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi dini mövqeyini ortaya qoymalı və fətva verməlidir. Əgər dini məsələdirsə, bununla bağlı mövqeni də məhz dini qurum bildirməlidir.

Digər dövlət qurumlarının səlahiyyətinə aid olmayan məsələlər onların üzərinə qoyulmamalıdır. Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti sanki yalnız Məhərrəm ayının başlanğıcı ilə bağlı fətva verməklə məhdudlaşır. Halbuki cəmiyyət üçün aktual olan belə mövzularda da aydın dini mövqe ortaya qoyulmalıdır.

Əgər doğrudan da dində ölünün 7-si, 40-ı və ya cümə axşamları adı ilə yas mərasimlərinin keçirilməsi nəzərdə tutulmayıbsa, bunu Quran və hədislərə əsaslanaraq fətva ilə açıqlasınlar.

Həmçinin yas mərasimlərində ehsan süfrələrinin təşkilinin dini baxımdan doğru olmadığını da rəsmi şəkildə bəyan etsinlər. Bundan sonra din xadimləri də həmin fətvaları əsas götürərək bu mövzuda ardıcıl təbliğat və maarifləndirmə işi aparmalı, cəmiyyətdə düzgün dini anlayışın formalaşmasına töhfə verməlidirlər”.

İlahiyyatçı Elşad Miri də bildirib ki, yas mərasimində ehsan süfrəsinin verilməsinin İslamla əlaqəsi yoxdur:

"İslam dininin əsas mənbəyi Qurandır və Quranda nə dəfn qaydaları ilə bağlı "sağ tərəfə basdırın", "sol tərəfə basdırın", "üzü qibləyə basdırın" kimi göstərişlər, nə də yas məclislərində ehsan süfrəsi verilməsinin vacibliyinə dair hökm yer almır.

Bu məsələlər zamanla ənənə və adət kimi formalaşıb, sonradan dini ənənə kimi qəbul edilməyə başlayıb. Bəzi bölgələrdə yas mərasimlərində ehsan süfrələrinin ləğvi istiqamətində addımlar atılıb. Məsələn, Naxçıvanda bu təcrübə daha əvvəl tətbiq olunub və bir çoxları tərəfindən müsbət qarşılanıb.

Hesab edirəm ki, rayonlarda ehsan süfrələrinin mərhələli şəkildə aradan qaldırılması müsbət addımdır. Ancaq bu yanaşma hər yerdə eyni şəkildə tətbiq olunmalıdır.

Əgər məqsəd bu ənənəni aradan qaldırmaqdırsa, o zaman Təzəpir və Heydər məscidinin ehsan zallarında da bu praktika dayandırılmalıdır. Belə olarsa, bu addım cəmiyyət üçün vahid və ardıcıl nümunə olar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru