ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY
Tarix: 1-08-2013, 10:51 |
Çap et
ƏSGƏRİMİZ ÖZÜNÜ GÜLLƏLƏYİBAzərbaycan Ordusunun əsgəri özünü güllələyib.
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, əsgər Goranboy rayonundan hərbi xidmətə çağırılıb.