Əsas Səhifə > Hadisə > ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY
ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY1-08-2013, 10:51 |
ƏSGƏRİMİZ ÖZÜNÜ GÜLLƏLƏYİB Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, əsgər Goranboy rayonundan hərbi xidmətə çağırılıb. Geri qayıt |