ŞUŞANIN PROKURORU TƏQAÜDƏ GÖNDƏRİLDİ
Tarix: 26-12-2011, 11:01 |
Çap et
AZƏR OSMANOV MÜVƏQQƏTİDİR
Azərbaycanda daha bir rayon prokuroru işdən çıxarılıb.
APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Şuşa rayon prokuroru Tofiq Rəsulov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Şuşa rayon prokuroru vəzifəsini müvəqqəti olaraq Azər Osmanov icra edir.