AXCP FƏALI POLİSƏ ÇAĞRILIB
Tarix: 9-07-2013, 12:50 |
Çap et
AXCP Gəncə şöbəsinin məclis sədri Ilqar Vətənoğlu polisə çağırılıb. Bu barədə qəzetimizə Ilqar Vətənoğlunun özü məlumat verib. Onun sözlərinə görə, dünən Gəncə şəhər Kəpəz Rayon Polis Şöbəsinə çağırılıb.
“Bilirsiniz ki, biz Gəncədə müşavirə keçirmək istəyirdik. Lakin baş tutmadı. Polis bundan xəbər tutub və buna görə də məni çağırmışdılar. 10-15 dəqiqə söhbət etdilər. Guya biz hansısa qanunsuz aksiya keçirmək istəyirik. Mən isə bildirdim ki, biz partiyanın müşavirəsini keçirmək niyyətində idik. Burada da qanunsuz heç nə yoxdur. Bundan sonra sərbəst buraxdılar”.