ZAKİR QARALOVUN SÜRÜCÜSÜ QIZINI BIÇAQLADI
Tarix: 22-12-2011, 15:01 |
Çap et
GİLƏ SOLTANOVA XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
Azərbaycanın baş prokuroru Zakir Qaralovun sürücüsü öz qızına bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə dekabrın 20-də qeydə alınıb. Bakı şəhər sakini, 22 yaşlı Gilə Alış qızı Soltanova bir neçə bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Soltanova boğazından və bədənin başqa nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Dərhal əməliyyat olunan qızın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından o da bildirilib ki, bıçaqlanan G. Soltanova baş prokuror Zakir Qaralovun sürücüsü Alış Soltanovun qızıdır. Onun atası tərəfindən bıçaqlandığı deyilir. Hadisə ilə əlaqədar A. Soltanov artıq Suraxanı polisi tərəfindən saxlanılıb. Onun həbs edilib-edilməyəcəyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.