2 APREL MƏHBUSLARI CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNƏ APARILDI
Tarix: 22-12-2011, 13:20 |
Çap et
ONLAR 2 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM OLUNUB
İctimai Palatanın 2 aprel aksiyasında iştirak etdiyinə görə həbs olunmuş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisələrinə köçürülüblər.
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli “Media forum” saytına bildirib ki, Arif Hacılı Sabunçu rayonunun Ramana qəsəbəsindəki 6 saylı, Tural Abbaslı Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 14 saylı, Məhəmməd Məcidli isə Binəqədi rayonun Dərnəgül qəsəbəsində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinə aparılıb.
Adıçəkilən məhbusların hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.