Bakının Nərimanov rayonunda faciə baş verib. Rayon Polis İdarəsindən
ANS PRESS-ə verilən məlumata görə, Hənifə Ələsgərova küçəsində hündürmərtəbəli binalardan birində təmir işləri aparan fəhlə yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Hələlik ölən şəxsin kimliyi məlum deyil. Faktla bağlı aradırmalar aparılır.