9-CU SİNİFDƏ OXUYAN QIZI QAÇIRDI
Tarix: 21-12-2011, 15:55 |
Çap et
VƏ BUNA GÖRƏ DƏ QOLLARI QANDALLANDI
Azərbaycanın Kürdəmir rayonunun Şilyan kəndində orta məktəb şagirdini qaçıran şəxs tutulub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən axşam saatlarında Şilyan kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Nizami Nəsib oğlu özündən 6 yaş kiçik olan azyaşlı qızı, Şilyan kənd orta məktəbinin 9-cu sinif şagirdi Rəhimova Vüsalə Oqtay qızını küçədən məcburi şəkildə özünə məxsus minik avtomobili ilə qaçırıb.
V. Rəhimovanın valideynlərinin rayon Polis Şöbəsinə müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onların yeri müəyyən edilib. Qız valideynlərinə təhvil verilib, N. Əhmədov həbs edilərək barəsində cinayət işi açılıb, araşdırma aparılır.