"QALA" SAĞLAMLIQ MƏRKƏZİNİN SAHİBİ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Tarix: 24-06-2013, 11:24 |
Çap et
Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Tbilisi prospekti 60 ünvanında yerləşən “Qala” sağlamlıq mərkəzinin damından həmin mərkəzin sahibi 1972-ci il təvəllüdlü Fuad Kərimov yıxılıb. Ağır bədən xəsarətləri almış iş adamı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq F.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar araşdırmalar aparılır.