BAKIDA POLİSİ BIÇAQLADILAR
Tarix: 24-06-2013, 11:22 |
Çap et
Bakıda polis əməkdaşı bıçaqlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Kaktus” restoranının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, polis serjantı, 1988-ci il təvəllüdlü Hüseynov Habil Amil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Polisdən bildirilib ki, hadisəni törədənin şəxsiyyəti artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, H. Hüseynov Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Səbail rayon mühafizə idarəsinin əməkdaşıdır.