BAKIDA YENİ QURULMUŞ AİLƏDƏ QANLI FACİƏ
Tarix: 19-06-2013, 10:48 |
Çap et
GƏNC QADIN ƏRİNİ BIÇAQLADIİyunun 19-na keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində Cəlilabad rayon sakini Hüseynova Xədicə Fərman qızı həyat yoldaşı 1992-ci il təvəllüdlü Aydın Alışovu bıçaqlayıb. Gənc qız 21 yaşlı ərinin qarın nahiyəsinə bıçaqla bir daxilə nüfuz edən xəsarət yetirib. A.Alışov xəstəxanaya yerləşdirilib.
Gənc ailədə baş vermiş qanlı hadisənin səbəbləri araşdırılır.