BAKIDA 39 YAŞLI KİŞİ CANINA QIYDI
Tarix: 17-06-2013, 12:37 |
Çap et
ÇIXIŞ YOLUNU İNTİHARDA GÖRDÜBakıda intihar hadisəsi baş verib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun 2-ci Alatava 2 N ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.