Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                     “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” .....                     ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ .....                     İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur .....                     Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... .....                     Başçı deputatın adamından da QORXUR? .....                     Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı .....                     “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” .....                     Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu .....                     Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb .....                     “Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... .....                     Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib .....                     QHT əməkdaşları Ağdərədə minaya düşdülər .....                     Müharibə Əfqanıstana sıçradı .....                     AQC sədrinə yeni müşavir təyin olundu .....                     Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur .....                     Magistratura ilə bağlı SOS .....                     Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... .....                     Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq .....                     Manatı BUNDAN SONRA nə gözləyir... .....                 

ŞƏKİDƏ BAZAR MAFİYASI
Tarix: 17-12-2011, 11:55 | Çap et
ŞƏKİDƏ BAZAR MAFİYASI

ŞİKAYƏTLƏRDƏN SONRA BAZARIN RƏHBƏRİ HƏBS OLUNUB

DİA.AZ: - Bir qrup Şəki sakini adından redaksiyamıza müraciət daxil olub. Bildirək ki, sözügedən müraciət bir neçə instansiyaya da ünvanlanıb. Həmin müraciəti diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarına

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri cənab F.Ələsgərova.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova

Ombudsman xanım Elmira Süleymanovaya

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K. Heydərova Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab O.Şirəliyevə

Azərbaycan Respublikasının Vergilər Naziri cənab F.Məmmədova
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R. Usubova
“Şəkinin səsi” “İpəkçi” qəzetinin baş redaktoru A.Məmmədova.

Surəti: Şəki Rayon Prokuroru cənab A.Rəhimova

Surəti: Şəki ŞRPŞ rəisi cənab E.İlyasova

Müraciət

Möhtərəm Prezident İlham Əliyev cənabları. Hörmətli Mehriban xanım. Hörmətli cənablar, hörmətli xanım E.Süleymanova.

Bizlər 2010-cu ilin may ayından etibarən Sizlərə çox sayda müraciət ünvanlayaraq, Şəki şəhər İcra Hakimiyyətinin keçmiş başçısı M.Cabbarlının da işlədiyi müddətdə dəstəklədiyi “Şəki-Bazar” ASC-nin Abdullayev Vahid Vaqif oğlunun rəhbərliyi altında vəzifəli şəxslərinin özbaşınalıqları, dələduzluqları, vergi ödəmələri və maliyyə işlərində törətdikləri cinayətlər, o cümlədən bizlərə məxsus daşınmaz əmlakları zəbt etmələri, hətta söküb talamaqları barədə məlumatlar verib tədbir görülməsini xahiş etmişdik.

Lakin bəzi vəzifəli şəxslərin havadarlığı sayəsində V.Abdullayev və onun dəstə üzvləri barəsində cinayət işi açılmamış və sənədlər mülki qaydada araşdırılması üçün Məhkəməyə göndərilmişdir. M.Cabbarlının dövründə “Şəki-Bazar” ASC-nin ərazisində bir neçə dəfə müxtəlif insidentlər baş versə də, bazar rəhbərliyi tərəfindən ört-basdır edilmişdir. Lakin Cabbarlının bədnam rəhbərliyi sona çatdıqdan sonra da “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev, onun dəstəsinin üzvləri-Eldəniz, Elxan və Eldar qardaşları, hər ikisinin adı Anar olan iki şəxs və Qurbanın özbaşınalıqları bu günə qədər davam edir.

Heç bir qanunun işləmədiyi “Şəki-Bazar” ASC-nin ərazisində dəhşətli antisanitariya, hərcmərclik, heç bir standarta uyğun olmayan alış-veriş şəraiti, vergi ödəmələrinin gizlədilməsi, yanğın təhlükəsizliyinə riayət olunmaması, kənar şəxslərə məxsus obyektlər zəbt olunaraq, heç bir müqavilə və sənədləşmə olmadan öz yaxın adamlarına qanunsuz icarəyə verilib.

Əldə edilən pulların mənimsənilməsi, sahibkarların incidilərək onlardan 2010-cu ilin may ayına qədər ödədikləri rüsumlardan 3-5 qat artıq tələb etmələri, hətta sahibkarların zorla iş yerindən çıxarılması bu gün də davam edir. Onların bu alçaqlığından cana doyan sahibkarlardan biri (Əlövsət adlı şəxs) 15.12.2011-ci il tarixdə “Şəki-Bazar” ASC inzibati binasının önündə üstünə benzin tökərək yandırmaq yolu ilə intihara cəhd etmişdir. Ətrafdakıların və deyilənlərə görə hətta polis işçisi (işçilərinin) köməyilə bu faciənin qarşısı alınmışdır.

Möhtərəm Prezident İ.Əliyev cənabları.

Hörmətli Mehriban xanım.

Hörmətli cənablar, hörmətli xanım E. Süleymanova.

Bu dəstə, xüsusilə də V.Abdullayev və onun bazar mafiyası nəzarətsiz qaldıqca günü-gündən azğınlaşır. Bu mafiyanı kimin qoruduğunu bilmirik, amma bir o məlumdur ki, heç kim istər antisanitariyaya, istər dələduzluğa, istər yanğın təhlükəsizliyinə, istər vergi-maliyyə cinayətkarlığına, istər yanğın təhlükəsizliyinə riayət olunmamasına, istər rekertlik hərəkətlərinə nəzarət edən təşkilatların əməkdaşları onların bu özbaşınalıqlarını araşdırıb tədbir görmələrinə kimlər tərəfindənsə maneçilik törədilir.

Yuxarıda göstərdiklərimizi nəzərə alaraq, “Şəki-Bazar” ASC-nin rəhbəri V.Abdullayev, Eldəniz, Elxan və Eldar qardaşları, hər birinin adı Anar olan iki şəxs və Qurbanın vətəndaşların başına açdığı oyunların nəticəsində onlara, o cümlədən bizlərə vurduqları maddi və mənəvi zərərə görə onlar haqqında ciddi tədbir görülməsi, onlara vətəndaşı özünü öldürmək həddinə çatdırmasına görə cinayət işinin açılması, onların məsuliyyətə cəlb olunması, vergi, maliyyə sahəsində saxtakarlıqlarının ifşa olunmasının təmin olunması, bu proseslərin obyektiv aparılması üçün müvafiq göstərişlər verilməsini Sizdən xahiş edirik.

Əvvəlcədən Sizlərə öz təşəkkürümüzü bildiririk.



Hörmətlə: Q.C.Tağıyev. Şəki, Bağbanlar 67/31

S.O.Qarayev. Şəki, Çexov 99

M.H.Hüseynov. Şəki, M. Quliyev 22

N. M.Hüseynbəyli. Şəki, M. F. Axundov 3 B

N. M.Əhmədov. Şəki, M. Ə. Rəsulzadə 168/33

S.M.Kərimov. Şəki, Nizami 59

U.A.İbrahimov. Şəki, M. Əfəndiyev 5
və digərləri”.

Əldə etdiyimiz məlumata görə “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev və digər 2 əməkdaş həbs edilib!


Vəfa Əliyeva - DİA.AZ







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Bu gün, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Bu gün, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Bu gün, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Bu gün, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Bu gün, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Bu gün, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Bu gün, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Bu gün, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Bu gün, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Bu gün, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Bu gün, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Bu gün, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Bu gün, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Bu gün, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Bu gün, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Bu gün, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Bu gün, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Bu gün, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Bu gün, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Bu gün, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Bu gün, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24
Müharibə Əfqanıstana sıçradı - TƏFƏRRÜAT
Bu gün, 11:21
AQC sədrinə yeni müşavir təyin olundu - FOTOLAR
Bu gün, 11:16
Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur - AÇIQLAMA
Bu gün, 11:11
Magistratura ilə bağlı SOS - “İxtisaslı kadrlar kənarda qalır”
Bu gün, 11:09
Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... - MÜRACİƏT
Bu gün, 11:07
Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq - KİV
Bu gün, 11:05
Manatı BUNDAN SONRA nə gözləyir... - AKTUAL
Bu gün, 11:03
Britaniya şirkəti Azərbaycan bazarından çəkilir
Bu gün, 11:01
"Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? - Görünəni odur ki...
Bu gün, 10:54
Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət “maya”sını azaldıb
Bu gün, 10:50
Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu - Makunts isə...
Bu gün, 10:47
Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi – Şok səbəb
Bu gün, 10:29
“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 10:27
Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru