DƏHŞƏT: SUMQAYITDA "ZƏMZƏM" İSTEHSALI
Tarix: 7-06-2013, 11:06 |
Çap et
MÜQƏDDƏS YERLƏR "AYAĞIMIZA GƏLİR"Azərbaycanda tibb müəssisələrinin laboratoriyalarında yoxlamaların aparılmasına başlanılıb.
Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov açıqlayıb.
Əbülfət İmanov deyib ki, tibb müəssisələrində akkreditasiyadan keçməyən laboratoriyalar aşkalanıb: “Sual veririk ki, laboratoriya yoxlanılmayıbsa, verdiyiniz analizlərin cavablarına necə inanmaq olar?”.
Dövlət Nəzarəti Xidmətinin rəisi bildirib ki, bu yaxınlarda Sumqayıt yaxınlığında “Zəmzəm” adı ilə su istehsal olunduğu üzə çıxıb: “Adi kran suyudur, doldurub satırlarmış. Ona görə də istehsal sahəsindəki laboratoriyaların hamısı akkreditasiyadan keçməlidir. Dövlət Komitəsi tərəfindən son illər regional laboratoriyalar qurulur. Gəncə, Şəki və digər şəhərlərdə belə laboratoriyalar qurulub”.