DİN-DƏN AÇIQLAMA: İSGƏNDƏR HƏMİDOVU POLİS SAXLAMAYIB
Tarix: 30-05-2013, 11:34 |
Çap et
O ZAMAN KİM?“Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun saxlanılması ilə bağlı bizdə heç bir məlumat yoxdur". Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov hafta.az-a deyib: "İsgəndər Həmidovun polis tərəfindən saxlanılması barədə heç bir məlumatımız yoxdur. Bəlkə heç polisdə olmayıb? Bu barədə mətbuat xidmətinə heç bir məlumat verilməyib”.
Xatırladaq ki, keçmiş daxili işlər naziri 29 may tarixində saat 14:30-da maskalı şəxslər tərəfindən saxlanılıb. Elə həmin gün saat 18:20-də sərbəst buraxılıb. Keçmiş nazir və Bozqurd Partiyasının lideri gözlərini bağladıqları üçün saxlanıldığı yeri dəqiq bilmədiyini deyir.