BAKIDA DAHA BİR FƏHLƏNİN FACİƏLİ ÖLÜMÜ
Tarix: 25-05-2013, 10:52 |
Çap et
QAYNAQÇI DAMDAN YIXILDIBakı şəhəri Səbael rayonu Bayıl qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qaynaqçı, 1948-ci il təvəllüdlü Məmmədov Səttar Bayram oğlu Litvin Babayev küçəsi 118 ünvanında təmir işləri apardığı evin damından yıxılıb
Başından ağır xəsarət alan 65 yaşlı qaynaqçı hadisə yerindəcə dünyasını dəyİşib. Faktla əlaqədar Səbael Rayon Prokurorluğunda araşdırma aparılır.