21 YAŞLI LƏNKƏRAN SAKİNİ HƏR İKİ AYAĞINDAN OLDU
Tarix: 25-05-2013, 10:05 |
Çap et
ONU BAKIDA QATAR VURUBBakıda 21 yaşlı oğlanı elektrik qatarı vurub.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.
Şəhərlərarası elektrik qatarı yolu keçən Lənkəran rayon sakini 1992-ci il təvəllüdlü İmran Lalayevi vurub. İ. Lalayev ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, İ. Lalayevin hər iki ayağı amputasiya edilib. Hazırda vəziyyəti ağırdır.