ƏVF FƏRMANI YENİ İL ƏRƏFƏSİNDƏ OLACAQ
Tarix: 12-12-2011, 11:25 |
Çap et
OMBUDSMAN DA PREZİDENTİ GÖZLƏYİR
“Azərbaycan prezidentinin yeni il ərəfəsində əfv fərmanı imzalayacağını gözləyirik”.
Bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib: “İnşallah, bu baş verərsə, 50-ci əfv fərmanı olacaq”.
E. Süleymanova əfvlə bağlı mütəmadi olaraq məhkumlarla və onların ailə üzvləri görüşdüyünü, müvafiq təkliflər aldığını deyib.
Qeyd edək ki, Ombudsman bir qədər əvvəl Azərbaycan prezidentinə növbəti əfvlə bağlı müraciət edib.