KƏLBƏCƏR QAÇQINI CANINA QIYDI
Tarix: 19-04-2013, 10:22 |
Çap et
İNTİHARIN SƏBƏBLƏRİ ARAŞDIRILIRGoranboyda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Goranboyun Zeyvə kəndində qeydə alınıb.
Həmin kənddə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 1966-cı il təvəllüdlü Musa Hüseyn oğlu Alıyev özünü ağacdan asaraq intihar edib. İntiharın səbəbləri araşdırılır.
Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.