DAHA BİR POLİSİMİZ QƏZAYA DÜŞDÜ
Tarix: 17-04-2013, 10:10 |
Çap et
XAÇMAZDA POLİS ƏMƏKDAŞINI MAŞIN VURDUGecə saatlarında Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz-Niyazabad kənd yolunda 27 yaşlı Xaçmaz şəhər sakini Ramin Rəhimovu “VAZ 21 07” markalı avtomobil vurub. O, hadisə şahidlərinin köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Ramin Rəhimov Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.