ANA AZYAŞLI UŞAĞI İLƏ İTGİN DÜŞÜB
Tarix: 16-04-2013, 11:55 |
Çap et
Gəncədə 25 yaşlı qadın azyaşlı uşağı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Dilşad Hüseynova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək 1988-ci il təvəllüdlü qızı Tərlan Hüseynova və onun 2008-ci il təvəllüdlü övladı Fərid İsayevin itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı və nəvəsi 2 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata görə, bir neçə gün bundan əvvəl başqa bir Gəncə sakini də itkin düşüb. 1984-cü il təvəllüdlü, əqli cəhətdən zəif olan Aygün Alıyeva evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis idarəsindən axtarış tədbirləri həyata keçirilir.