SEVGİSİ UĞRUNA ÖZÜNÜ 9-CU MƏRTƏBƏDƏN ATDI
Tarix: 8-04-2013, 10:54 |
Çap et
21 YAŞLI BABƏK YERİNDƏCƏ KEÇİNİBBakının Yasamal rayonu ərazisində dəhşətli intihar olub. Rayon Prokurorluğundan verilən məlumata görə, Ş.Mehdiyev küçəsi, mənzil 63-də yaşayan 21 yaşlı Babək Şahbazov özünü hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb.
Gənc aldığı xəsarətdən hadisə yerində keçinib. B.Şahbazovun özünə qəsd etməsinin səbəbi məlum olmasa da, sevdiyi qıza görə intihar etdiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. \ oxumeni \