ŞƏKİDƏ 18 YAŞLI GƏNC QAN TÖKDÜ
Tarix: 8-04-2013, 10:07 |
Çap et
Şəkidə bıçaqlaşma hadisəsi olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Lətifov Azər Zəkəriyyə oğlu sol budunun kəsilmiş və deşilmiş, Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü İmanov Əjdər Aftandil oğlu isə sol qabırğaaltı nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasının (MŞX) cərrahiyə şöbəsinə daxil olublar.
Şəki RŞPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri zamanı məlum olub ki, onları Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ramin Rahib oğlu Şəki şəhər ərazisində bıçaqlayaraq hadisə yerindən qaçıb.
Keçirilmiş tədbir nəticəsində R. Süleymanov saxlanılaraq istintaqa təhvil edilib.
Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlayıb istintaq aparılır. Hadisənin səbəbi araşdırmadan sonra məlum olacaq.
Şəki MRX-dan APA-ya daxil olan məlumata görə, A. Lətifov və Ə. İmanov cərrahiyə əməliyyatı olunub, müalicələri xəstəxanada davam etdirilir.
Onların vəziyyəti orta-stabil hesab edilir.